ArxivXəbər lentiXəbərlər

Azərbaycan və İranın elmi müəssisələri arasında əlaqələrin genişlənməsi hər iki tərəf üçün faydalıdır

İranın Gilan Universitetinin Gilanşünaslıq Tədqiqat Mərkəzinin bir qrup alimi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda olublar.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, əvvəlcə iranlı alimlər bu elm müəssisəsinin direktoru, akademik Gövhər Baxşəliyeva ilə görüşüblər. G.Baxşəliyeva qonaqlara Şərqşünaslıq İnstitutunda iranşünaslıq sahəsində görülən işlərlə bağlı məlumat verib, müəssisələr arasında elmi əlaqələrin genişlənməsinin hər iki tərəfin alimləri üçün faydalı ola biləcəyini qeyd edib.

İranlı alimlər elmi işlərindən söz açıb, azərbaycanlı həmkarları ilə birgə tədqiqatlar aparmaq istəyində olduqlarını bildiriblər.

Sonra iranlı alimlər Şərqşünaslıq İnstitutu direktorunun müavini, akademik Şahin Mustafayevlə görüşüb, əməkdaşlıq və birgə elmi layihələr həyata keçirmək imkanları barədə müzakirələr aparıblar.

Daha sonra qonaqlar institutun iranşünas tarixçi alimləri ilə görüşüblər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button