ArxivIslamSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Səid Xətibzadə: İran və Azərbaycan anlaşılmazlıqları geridə qoymağa çalışır

“İran və Azərbaycan son aylarda media müstəvisində və xəbələrin nəql edilməsi zamanı ortaya çıxan bir sıra anlaşılmazlıqları geridə qoymağa çalışırlar. İran bütün məqamları və baxışlarını öz məcrası ilə Tehranda Azərbaycanın səfirliyinə və ya Azərbaycanın Xarici İşlər Nazirliyinin yolu ilə bu ölkə rəhbərlərinə çatdırıb.”

 bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə mətbuat konfransında deyib.

Xətibzadə, Azərbaycanın İrandan 20 nəfəri istəməsi ilə bağlı xəbərə və bu haqda ünvanlanan suala münasibət bildirib.

İki ölkənin son aylarda media müstəvisində yaranmış anlaşılmazlıqları adlamağa çalışdığını bildirən İran rəsmisi əlavə edib ki, İran Azərbaycan səfirliyinə və XİN-ə öz mövqelərini bildirib.

“İran çalışır ki, qonşuların hər birində baş verən səhvləri qardaşlıq formatında və doğru yola yönəltmək məqsədilə yoluna qoysun. Biz əminik ki, açıqlamaların yeri görüşlərdədir. Əgər bir ölkənin Kəşfiyyat xidməti xüsusi bir məlumata malikdirsə, gərək öz çərçivəsində belə mövzuları araşdırsın. Bu baxışımız Azərbaycan tərəfə də bildirilib”, deyə o əlavə edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button