AktualAktualArxivIslammədəniyyatSosialtahlil va magaleXəbər lentiXəbərlər

Səid Nursidən Fəthullah Gülənə qədər Türkiyədə İslam cərəyanlarının araşdırılması – Məqalə

Səid Nursi hesab edir ki, mətnə ​​əsaslanan hərəkatı təhrik etməklə nə keçmişdə qalmaq, nə də öz prinsiplərini unutmaq istəyir. Fətullah Gülən isə məşhur: “şeytandan və siyasətdən Allaha sığınıram” cümləsi ilə Türkiyədə islamçılığın yeni mərhələsini həyata keçirir.
Qafqaz Həqiqətləri – Kamalçılar türk-islam hərəkatlarını təcrid etmək üçün onlarla birgə işlədilər. Ona görə də kollektiv və təşkilati işlər görə bilmirdilər. 1960-cı illərdən etibarən biz İslamın yeni qruplarının fərdi və ya imana əsaslanan İslam adı altında öyrənilməsinin şahidi oluruq. Kamalist sistem islamçıların qol-budaqlarını o qədər döyürlər ki, onlar güclərini fərdi məsələlərə qoyub, siyasi İslama meyllənməsinlər.
Ona görə də islami hərəkatların qanun çərçivəsində hərəkət etməkdən başqa çarəsi qalmadığından, hakim qüvvəyə doğru hərəkət etməli oldular. Onlar türk millətçiliyi ilə islamçılıq arasında əlaqə yaratmağa çalışdılar və bu məsələ Türkiyədə islamçılığın Misir kimi bir ölkədən fərqli olmasına səbəb oldu. Türkiyədə islamçılıq Müsəlman Qardaşlar kimi təşkilatlanmamışdı və məşhur mütəfəkkirləri yox idi. Türkiyədəki islami hərəkatlar silahlı siyasət əvəzinə, dünyəvi hökumətlərdə içə dönükliyə doğru getdilər ki, hökumətdəki böhranları araşdırıb həll yolu təqdim etsələr, xalqı onlara qarşı istək tapmağa sövq edə bilsinlər. Deməli, silahlı siyasət əvəzinə kooperativ siyasətə keçdilər ki, birtəhər hakimiyyətə şərik ola bilsinlər. Buna görə də islami qruplar mövcudluqlarını davam etdirmək üçün yeni siyasətlə fəaliyyətlərini davam etdirdilər.
Səid Nursi; Türkiyənin Bədiuz-Zamanı
Yeni Türkiyədə təsirli olan şəxslərdən biri də Səid Nursidir. Onun həyatını 3 hissəyə bölmək olar: Səid I, Səid II və Səid III. Bu dövrlərin hər biri eniş-yoxuşlarla üzləşmişdir. Digər tərəfdən də fikir sahibi olduğu üçün onu Bədiuz-Zaman adlandırırlar. O, Türkiyənin həm osmanlı, həm də sufi dövrünü tənqid edir. O inanır ki, “biz nə keçmişdə qalmaq, nə də prinsiplərimizi unutmaq istəyirik”. Buna görə də Nursi, 21-ci əsr insanlarının bəşəri təcrübələrini və ehtiyaclarını həll edə biləcək, müasir elmlə İslam elminin vəhdətini təşkil edən Quranın yeni bir təfsirini təqdim etməyi hədəfləyən “Nur Risaləsi” adlı bir kitab toplusunu yaradır. Onun bu risalə ilə bağlı əsas fikri İslam elmləri ilə müasir elmlər arasında uyğunluq, eləcə də avtoritar sistemə qarşı İslam konstitusiyasına üstünlük verməkdir.
Nursi; fərdi İslamı təbliğ etmək, İslam elmlərini müasir elmlərlə uyğunlaşdırmaq
Nursi həyatının müasir Türkiyə Cümhuriyyətinin qurulması ilə üst-üstə düşən ikinci dövründə dövlət səviyyəsində təsir yaratmaqdansa, insanların şüuruna fərdi müstəvidə təsir etmək üçün nəsə edilməli olduğuna inanır. Bu səbəbdən o, siyasi dəyişikliyə yox, fərdi dəyişikliyə üstünlük verir. İnsanlara təsir edən bir mədəni hərəkata başlamaq üçün fərdi İslam nəzəriyyəsini, iman əsaslı İslamı təklif edir. Bu da digər ölkələrdəki müsəlman qrupların silahlı siyasətindən çox fərqlidir.
Amma üçüncü dövrdə Türkiyə Nursi hərəkatına girir. Çünki o, siyasi mərhələyə qədəm qoyur, Demokrat Partiyasının tərəfdarı olur və kamalistlərin yüksəlişinə qarşı durmağa çalışır. Nursi, “Nur Təfsiri” adlı kitabının mətnləri əsasında mətn əsaslı hərəkatın əsasını qoyur, Türkiyə xalqını onun islamçı baxışını tanımağa yönəlir.
Fəthullah Gülən; şeytandan və siyasətdən Allaha sığınıram
Fəthullah Gülən, Səid Nursinin fikirlərini izləyən biri kimi bugün Türkiyədə Xidmət Hərəkatı kimi tanınan gülənçilər camaatına rəhbərlik edir. Çoxlu sayda gülənçi çevrilişə cəhdə görə hazırda həbsdədir. Bəziləri Türkiyənin daxili və xarici siyasət modelini bu mütəfəkkirlərin məhsulu hesab edir. 80-ci illərin dövlət çevrilişindən sonra hökumət gülənçi qrupunu sol qrupa qarşı qoymaq üçün əllərini bir az açıq qoydu. Bunun nəticəsidir ki, bu gün Türkiyədə gülənçi camaatının 800-dən çox təhsil və mədəniyyət bazası, bir neçə televiziya kanalı, qəzetləri və iqtisadi qurumları var.
80-ci illərin çevrilişinə görə geniş ictimaiyyətdə bir qədər kök salmış Fəthullah Gülən 90-cı illərin sonundakı çıxışında Təhlükəsizlik Şurasını tənqid edir. Bu məsələ ordunun qəzəblənə start verir. O, bu çıxışında tərəfdarlarından səs-küy olmadan Türkiyənin siyasi sisteminin mahiyyətini addım-addım dəyişməyi istəyir. Bu çıxışdan sonra Gülən Türkiyəni tərk edərək Amerikaya gedir və oradan da gülənçilər camaatına rəhbərlik edir. Gülənin insanlara təsir edən bəlkə də ən mühüm düşüncəsi İslamın fərqli tərifi, dünyəvi İslama diqqət yetirməsi ola bilər, hansı ki, nəticə etibarı ilə onun Türkiyədəki düşüncəsi siyasi baxış əvəzinə mədəni İslamdır. Fətullah Gülən: “şeytandan və siyasətdən Allaha sığınıram” məşhur cümləsi ilə dünyəvi İslamla dünyəvi hökumətə fərqli baxış irəli sürür və deyir ki, İslam fərdi sahəyə məxsus deyil, həm də ictimai sahəyə daxil edilməlidir.
Gülən camaatı və böyük türk toplumu düşüncəsi
Fətullah Gülən xarici siyasət sahəsində ərəb ölkələri əvəzinə Orta Asiya ölkələri ilə müttəfiqlik etməyi düşünür. Türkiyənin xarici siyasətinin onun bu sahədəki düşüncəsinə əsaslandığını söyləmək yersiz deyil. Gülən böyük bir türk toplumuna inanır. Ona görə də Türkiyənin Qafqazdakı siyasi, təhlükəsizlik və iqtisadi fəaliyyəti mövcud ortaqlıqlara görə çox hiss olunur. Fətullah Gülən siyasi İslama baxmamaqla, İslam dövləti qurmamaqla əslində dindarların başqaları ilə birgə yaşamasına inanan Anqlo-Sakson sekulyarizmi mövqeyindədir və dindar insanların başqaları ilə birgə yaşayışına inanır. Buna görə də Gülənin fikirləri hökumətin xalqın dininə qarışmaması və İslamın dövlət işlərinə qarışmaması başlığı ilə müəyyən bir dairədə fırlanır.
Fətullah Gülənnin yeni-osmançılıq meylləri
Fətullah Gülənin yeni-osmançılıq meylləri məşhurdur və bu, Türkiyənin əsas daxili və xarici siyasətini təşkil etmişdir. Gülənçi camaatının türk millətçiliyinə və Anadolu İslamına göstərdiyi diqqətə əsasən, onu osmanlı millətçiliyi ilə müqayisə etmək olar. Hansı ki, şəhər osmanlı İslamını qəbilə ərəb İslamından ayırır. Qeyd edildiyi kimi, gülənçilər xilafət quruluşu ardınca deyil, lakin osmanlı idarəçilik üslubunu izləyirlər.
Fətullah Gülənin tənqidçiləri
İslamçı və sekularlardan ibarət iki qrup Fətullah Güləni tənqid edir. Sekularlar Gülənin osmanlı xilafətinin dirçəlişinin axtarışında olduğu qənaətindədirlər. İslamçılar isə hesab edirlər ki, gülənçilərdə islamçılıq əlaməti yoxdur və öz maraqları üçün İslama reduksionist baxış var, nəticədə Gülənə rəhbərlik edən Amerikadır.
Türkiyə Rifah Partiyasının rəftarının yeni örtükdə dəyişməsi
1998-ci ildə İslam sahəsində bilavasitə və spesifik fəaliyyət göstərdiyi üçün konstitusiyaya əsasında Rifah Partiyasının ləğvi islami təmayüllülərin Ədalət və İnkişaf Partiyası adı ilə başqa bir pərdə altında Türkiyənin siyasi meydanına girməsinə və bu ölkədəki islamçılıq prosesini dəyişikliklərlə üzləşdirməsinə səbəb oldu. (Qeyd etmək lazımdır ki, Rifah Partiyası ləğv edildikdən sonra Fəzilət Partiyası iş başına gəldi və bu partiya 2001-ci ildə məhkəmənin qərarı ilə yenidən ləğv edildi)
Əslində Ədalət və İnkişaf Partiyasının yaradılması daxili siyasətdə mühafizəkar demokratiyanı, Türkiyənin xarici siyasətində isə neo-osmanlı düşüncəsini əməliyyat mərhələsinə gətirdi. Praktiki olaraq, Ədalət və İnkişaf Partiyasının Rifah Partiyasında yürütdüyü ideyalardan geri qaldığını və antikamalist düşüncəni bir az yumşaltdığını, islamçı qruplara daha az reaksiya verdiyini söyləmək lazımdır. Çünki Rifah Partiyasının taleyini yaşamaq istəmirdi. Bu partiya hesab edir ki, Türkiyədəki digər köhnə islamçı qruplar və partiyalar kimi hərəkət etmək istəsə, Türkiyəni Avropa Birliyinə üzv etməkdə uğur qazana bilməyəcək.
Qeyd olunduğu kimi Rifah və Fəzilət partiyaları ləğv edildikdən sonra islamçılar iki qrup yaratdılar: Racai Qutanın rəhbərlik etdiyi ənənəçi olan Səadət partiyası və islamçı olan Ədalət və İnkişaf Partiyası, hansı ki, ona praktiki şəkildə Ərdoğan rəhbərlik edir. Ədalət və İnkişaf Partiyası kimi islamçı qruplar dəyişikliyin faydasız olduğuna, hər hansı dəyişiklik cəhdinin ordu və müxalifət tərəfindən darmadağın edildiyinə inanırdılar. Bu modernist baxış cəmiyyəti Ədalət və İnkişaf Partiyasının seçki qutusuna yönəltdi və bu partiya buna görə də xalqın rəğbətini qazandı. Türkiyənin siyasi arenasına islahatçı baxışla çıxan bu partiya növbəti mərhələdə konstitusiyanı dəyişərək icra sistemini baş nazirlikdən prezidentliyə çevirdi.
Ədalət və İnkişaf Partiyasının güc qazanma amilləri
Ədalət və İnkişaf Partiyasının hakimiyyətə gəlməsinin amillərindən biri də xalqın əksəriyyətinin hakimiyyəti kamalistlərin və millətçilərin əlində davam etdirmək istəməməsidir. Keçmiş partiyalar Türkiyə iqtisadiyyatını idarə edə bilmədiklərindən, hökumətdə iqtisadi və siyasi fəsadlar olduğundan insanlar bu vəziyyətdən çıxmaq üçün xilaskar axtarırdılar. Ədalət və İnkişaf Partiyasının hakimiyyətə gəlməsinin başqa bir amili də Türkiyə xalqı üçün Abdullah Gül və Ərdoğanın xarizmatik şəxsiyyəti idi.
Ədalət və İnkişaf Partiyasının daxili siyasəti və onun xüsusiyyətləri
Türkiyədə azad demokratiyanın qurulması və möhkəmləndirilməsi Ədalət və İnkişaf Partiyasının daxili siyasətdə onun iddiaçısıdır. Hesab edilir ki, onlar İslamla hökumət arasında yeni qarşılıqlı əlaqə modelini təqdim etməyə və həyata keçirməyə çalışırlar. Bu partiya cəmiyyətin tələblərinə qarşı mühafizəkar meyillər təqdim etməyə və kamalistlərin sekular baxışına həmişə meydan oxumağa çalışıb. Onlar özlərini insanların dini münasibətlərinə qarışmamağa, həmçinin hökumətin dini münasibətlərdən örnək almamasına borclu hesab edirlər. Bu partiya özünün dediyi kimi İslamdan ideologiya kimi istifadə etmir, amma bunu bir qrup və ənənə kimi tanıyır. Buna görə də, məsələn, hicablı tələbələrin universitetə ​​daxil olmasına icazə verir. Onlar hesab edirlər ki, Almaniyanın Xristian Demokrat Partiyasının xristianlıq damarları olduğu kimi, onların da islami damarları vardır. Nəticədə, Ədalət və İnkişaf Partiyası dünyəvi quruluşu sekular sistemə keçirməyi və ordu ilə qarşıdurma yaratmamaq səmtinə aparmağı və bu baxımdan Türkiyə cəmiyyətini də özü ilə bir araya gətirməyi planlaşdırır.
Ədalət və İnkişaf Partiyası ilə Gülən Camaatı arasındakı ixtilaflar
2001-2010-cu illərdə Ədalət və İnkişaf Partiyasının gülənçi camaat ilə əlaqələri çox müsbət hesab olunurdu. Lakin 2010-cu ildən etibarən Ədalət və İnkişaf Partiyası ilə gülənçilər arasında fikir ayrılığı artdı və əslində bu ixtilaf Ərdoğanla Fətullah Gülən arasındadır. Bu mövzuda verilə biləcək fərqlərin köklərinə dair nümunələr sırasında; Ərdoğanın Qəzzaya yardım gəmisinin göndərilməsi, MİT-ə başçı təyin edilməsi, həmçinin Ədalət və İnkişaf Partiyasının kürdlərlə sülh prosesini göstərmək olar. Gülənçilər milliyyətçi baxışla, PKK-nın hərəkatının böyük bir türk bölgəsinin yaradılmasına qarşı olduğuna inanır.
Bu iki qrup arasında qeyd edilə bilən digər bir ixtilaf da, hökumətin gülənçi camaatın vəzifə və gəlirlərini azaltmasıdır.
Rəcəb Tayyib Ərdoğanın bölgədəki ikili və yeni-osmançı davranışı
Rəcəb Tayyib Ərdoğan yeni-osmançılıq düşüncəsi ilə Yaxın Şərq müsəlmanı, Avrasiya türkü və Avropa vətəndaşından ibarət üçbucaqlı bir kimliyin mövcudluğuna inanır və bu fikri bölgədə ikili davranışla izləyir.
Ədalət və İnkişaf Partiyası osmanlıçılıq planının ardıncadır. “Osmançılıq” termini Fətullah Gülən tərəfindən formalaşdırıldı və  Davudoğlunun vasitəsilə Türkiyənin siyasi sahəsində nəzəri sahədən elmi sahəyə daxil oldu. Yeni-osmanlıçılar keçmişdə mövcud olan və Türkiyəni illərdir onunla idarə edən kamalist millətçiliyi qurumuş bir ideologiya kimi təqdim edirlər. Yeni-osmanlıçılar iqtisadi, mədəni və siyasi baxımdan liberalizmi izləyir. İqtisadiyyatda azad bazar axtardığı bu yozumu ilə o, mədəni məsələlərdə plüralizmi ortaya qoyur, fərdi və s. azadlıqlarla bağlı narahatlıqları var. Amma bu qeyddə diqqət edəcəyimiz ən mühüm məsələ onların bu cür fikirlərə əməldə əməl edib-etməmələridir.
Ədalət və İnkişaf Partiyası düşüncəsində yeni-osmanlıçıq mirasını davam etdirmək
Yeni-osmanlıçılar Osmanlı irsinə və onların İslamdakı roluna xüsusi diqqət yetirirlər və belə görünür ki, onlar öz tarixi rolunu geri almaq istəyirlər. Türkiyə bu gün İslam dünyasında dominant və liderlik roluna malik olduğuna, keçmişdə Osmanlı hökumətinə tabe olan hökumətləri idarə etməli olduğuna və onları qərb mədəniyyətindən azad etməli olduğuna inanır. Onlar hesab edirlər ki, bu, bir ideologiya deyil, yeni-osmanlıçılıq mədəni, coğrafi və tarixi elementləri ön plana çıxarmaqla Türkiyənin geosiyasi mühitinə yeni həyat verən bir yanaşmadır. Əslində, Türkiyənin bu gün regionun geosiyasətinin dəyişməsində davranışını bu tip yanaşmadan da təhlil etmək olar. Bu rəftarlara malik yeni-osmanlıçılar Yaxın Şərq müsəlmanı, Avrasiya türkü və Avropa vətəndaşından ibarət üçbucaqlı bir kimliyin varlığına inanırlar.
Osmanlıçılarla yeni-osmanlıçılar arasındakı fərq
Osmanlıçılar və yeni-osmanlıçılar arasında böyük bir fərqi araşdırmaq istəsək, yeni-osmanlıçıların Osmanlı İmperiyasının xilafətini bərpa etmək istəməməsi və bu mövzunu izləməməsidir, daha doğrusu, bu qrupun elitaları Osmanlıya olan marağı bugünkü dünya ilə uyğunlaşma yaratmaq şəklində görürlər. Onlar hesab edirlər ki, o dövrü Qərblə münasibətləri, İslam dünyası ilə münasibətləri, Türkiyənin xarici siyasətində Yaxın Şərqlə münasibətləri dünyanın indiki münasibətləri ilə uzlaşdıracaq şəkildə canlandırmaq lazımdır. Yeni-osmanlıçılar düşünürlər ki, yuxarıda göstərilən məqsədlərə çatmaq üçün yumşaq güc və müsbət ictimai diplomatiyadan istifadə edilməlidir. Məsələn, Sovet İttifaqından yenicə müstəqillik əldə etmiş ölkələrdə məscidlər, universitetlər, klinikalar, xeyriyyə təşkilatları və s. tikilməsində Türkiyənin izini görmək olar, hansı ki, yeni-osmanlıçıların xalq diplomatiyasının xarici görünüşü onların məqsədlərinin reallaşdığını göstərirdi. Yeni-osmanlıçılar qonşularla gərginliyi azaltmağa və hətta sıfıra endirməyə inanır, xarici siyasətdə əzəmət və özünə inam hissi yaratmağı, Osmanlı xilafətində olan ölkələr üçün bir model qurmağı, regional və qlobal böhranlarda rol oynamağı, regional şəraitə uyğunlaşmaq üçün xarici siyasətdə yumşalmanı, dünya dövlətləri ilə sazişli münasibətlərin inkişaf etdirilməsini iş cədvəlinə salıblar.
Nəticə
Nursi qruplaşmasından gülənçilərə qədər islamçı partiyaların fəaliyyətinin nəticəsini indiki dövrdə və bu islamçı qruplarla hökumət arasındakı qarşıdurmanı dərin fikir ayrılıqlarında araşdırmaq olar. Digər tərəfdən, Ədalət və İnkişaf Partiyası ilə gülənçi cammat arasındakı bu ixtilaf, ortaq məqsədə çatmaq üçün çevrilişçilərlə gülənçilər arasında əlaqə kimi görünə bilər. Bəziləri hesab edir ki, gülənçilər Respublikaçılar Partiyası və kamalistlərlə ittifaqa doğru hərəkət edəcəklər və ortaq düşmənləri olan Ədalət və İnkişaf Partiyası ilə mübarizəyə qalxacaqlar.
Bugün Türkiyəyə xarici siyasətində neo-osmanlıçılığı, daxili siyasətində isə  mühafizəkar demokratiyanı güdən Ərdoğanın başçılıq etdiyi Ədalət və İnkişaf Partiyası rəhbərlik edir. Bu partiya Osmanlı Xilafətinin İslam dünyasındakı əzəmətini izləyərək, Osmanlı sultanlarının siyasətini bugünkü dünya ilə lokallaşdırmaq, bir növ region ölkələrində və türk ölkələrində rol oynayaraq böyük bir türk cəmiyyəti formalaşdırmaq niyyətindədir. Habelə, bəzi islami hərəkat və qruplardan digər ölkələrə təzyiq etmək üçün regional diplomatiyalarında istifadə edir; məsələn İŞİD, Əl-Nusra və Suriya Azadlıq Ordusu və s. kimi terror qruplarını dəstəkləyir və onlardan istifadə etməklə İslam ölkələri bölgəsində ikili davranışa əməl edir.
Seyid Mahmud Kamalara (Zəkəriyya), yazıçı və tədqiqatçı

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button