ArxivXəbər lentiXəbərlər

Vəkilini Mövsüm Səmədovla görüşə buraxmadılar

Hazırda Qobustan qapalı həbsxanasında cəza çəkən Azərbaycan Islam Partiyasının lideri Mövsüm Səmədov cəza kamerasına (kars er) salınıb. Ailə üzvləri M.Səmədovun artıq 6 gündür ki, cəza kamerasına salındığını bildirirlər.

Vəkil Anar Qasımlı Turan-a bildirib ki, bu gün Qobustan həbsxanasına gedərək Səmədovla görüşməyə cəhd edib.

“Məni görüşə buraxmadılar. Həbsxanada dedilər ki, Səmədov iyunun 25-dək cəza kamerasında olacaq, yalnlız iyunun 25-dən sonra görüşə gəlmək olar. Onun cəza kamerasına nə vaxt salınması və hansı səbəbdən salınması barədə mənə məlumat vermədilər”, – vəkil qeyd edib.

AIP sədri Mövsüm Səmədov 2011-ci ilin yanvarında hökuməti kəskin tənqidindən sonra həbs edilib. O, hakiimiyyəti zorla ələ keçirməyə cəhd, qanunsu silah saxlama və başqa ağır ittihamlarla 12 il müddətinə azadlıqdan məhrum edilib. 2014-ci ilin payızında M.Səmədov Qobustanda qapalı tipli həbsxanaya köçürülüb.

Vəkil M.Səmədovla görüşünə icazə verilməməsini qanun pozuntusu sayır.

“Bu, tam qanunsuzluqdur. İnsanın cəza kamerasına salınması onun müdafiə hüququnu məhdudlaşdıra bilməz. Əksinə Səmədovun indi müdafiəyə daha çox ehtiyacı var. O, müdafiəçi vasitəsi ilə şikayət verə bilər”, – vəkil qeyd edib.

A.Qasımlı M.Səmədovun cəza kamerasına salınması barədə qərarı aldıqdan sonra şikayət verəcəyini bildirib: “Bu gün qərarın surətini almaq üçün yazılı müraciət edəcəm. Qərarı alan kimi şikayət edəcəm. Əslində Səmədov cəza kamerasından çıxandan sonra şikayət vermək də əhəmiyyətini itirir. Bu səbəbdən də qərarın surətini verməyi yubadırlar”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button