ArxivIslamSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Şəhid xanımı “Qadına qarşı şiddətə DUR !” dedi

25 noyabr 2021-ci il tarixdə Göyçay rayon mərkəzi kitabxanasında şəhid Vidadi Xəlilovun həyat yoldaşı , kitabxananın müdiri Nərmin Xəlilovanın təşkilatçılığı ilə ” Qadına qarşı şiddətə dur deyək ” mövzusunda tədbir keçirilib. Öncə vətənin bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Mərkəzi Kitabxanın müdiri Nərmin Xəlilovanın təşkil etdiyi tədbirdə
Vətəndaş vəziyyəti aktlarının qeydiyyat şöbəsinin mudiri Könül Məmmədova,
Mədəniyyət İşçiləri Mərkəzi Komitəsinin sədri Nərman Məlikov,
GDITK -nin psixoloqu Nərmin Abısova , Göyçay rayon kənd kitabxanalarının nümayəndələri iştirak edib.
Tədbirin keçirilməsində əsas məqsəd müasir dövrdə qadınların qarşılaşdığı əsas maneələr, qadınların hüquqları, qadınların cəmiyyətdə rolu və problemlərin həlli yolunu tapmaq haqqında olub. Nərmin Xəlilova bu məsələnin daim diqqətdə saxlanacağını, belə tədbirlərin mütəmadi keçirilməsinin vacib olduğunu vurğulayıb.
Sonda xatirə fotosu çəkilib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button