ArxivIslamQarabağSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Şəhid Polad Həşimovun doğum günüdür

Səhər-Azərinin məlumatına əsasən, Müdafiə Nazirliyinin bir qrup zabiti, Vətən müharibəsinin iştirakçıları, ictimaiyyətin nümayəndələri, eləcə də Milli Qəhrəmanın ailə üzvləri Azərbaycanın Milli Qəhrəmanı general-mayor Polad Həşimovun doğum günündə onun məzarını ziyarət ediblər.

Anım mərasimində Müdafiə Nazirliyinin rəhbərliyi adından şəhidin ailəsinə başsağlığı verilib, məzarı üzərinə gül dəstələri qoyulub, xatirəsi hörmət və ehtiramla anılıb.

General-mayor P. Həşimov 14 iyul 2020-ci il tarixdə Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın təxribatlarının qarşısını alarkən qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 2020-ci il tarixli sərəncamı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb.

Qeyd edək ki, İran İslam Respublikasının Azərbaycandakı səlahiyyətli səfiri və Ali Dini Lider Həzrət Ayətullah Seyid Əli Xameneinin Bakıdakı rəsmi nümayəndəsi ötən il aprelin 28-də general Polad Həşimovun ailəsini ziyarət edib.

Şəhidin ailəsi ilə görüş zamanı general şəhid Qasim Süleymani adına olan lövhə və medal şəhid Polad Həşimovun xanımına və övladlarına təqdim edilibdir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button