ArxivXəbər lentiXəbərlər

İŞİD-ə dəstək verənlər İçərişəhərdə və Qobustanda ibadət evlərinin bağlanmasına etiraz edir

İçərişəhərdə “Ləzgi” məscidinin təmirə bağlanmasından sonra Qobustanda daha bir sələfi ibadətxanasının bağlanması sosial şəbəkədə etirazlar yaradıb.

qafqaz.ir/İslamazeri.az-ın verdiyi xəbərə görə, sosial şəbəkələrdə Qobustanda 30 iyulda sələfilərin ibadət evlərinin bağlanması haqda məlumat yayılıb. Maraqlıdır ki, istər İçərişəhərdə “Ləzgi məscidi” adlandırılan sələfilərin ibadət evi, istərsə də Qobustandakı ibadət evlərinin bağlanmasına etiraz edənlər öncəki paylaşımlarında İŞİD-ə dəstək verməklə yanaşı, bu terror qruplaşmasına simpatiyalarının olduğunu gizlətməyiblər. Aşağıdakı şəkilə baxmaqla  İŞİD loqosunu paylaşan bu profil sahibinin bu qruplaşmaya simpatiyasının olmasını deməyə kifayət edər.

“Abdullah Lazgivi” adlı profil sahibi “Ləzgi məscidi”nin bağlanması zamanı diqqət çəkən bir video paylaşıb, videoda dövlət tərəfindən təyin edilən şəxsə qarşı təzyiqlər və təkbirlə qorxutmaq cəhdi açıq aşkar görünür. Bu şəxslərin gələcəkdə real-işid və ya digər “Əl Qaidə”yə bağlı terrorçular olacağından kim sığortalaya bilər?

P.S. Xəbərin şəkilindəki müəmmaya aydınlıq gətirmək istəyirik. Belə ki, soldakı  şəkil məhz “Abdullah Lazgivi”nin profil şəklidi, bunun mənasını başa düşmədiyimizə görə, bu haqda şərh vermək  istəmirik.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button