ArxivIslammədəniyyatSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Şəhid general Süleymaninin terroru işi üzrə üçüncü iclas Bağdadda keçiriləcək

İranın məhkəmə hakimiyyətinin beynəlxalq məsələlər üzrə sədr müavini və insan hüquqları qərargahının katibi Kazım Qəribabadi İranın Gülüstan vilayətinin media nümayəndələrilə mətbuat konfransında deyib: General Süleymaninin şəhadəti üzrə iş, hüquqi surətdə açılıb və onun ilk iclası yanvarın üçündə keçirildi. Tehran ədliyyə idarəsində də hərəm müdafiəsi şəhidlərinin ailələrindən 2500 nəfərin şikayəti ilə səksənə yaxın işə baxılır.

İranın məhkəmə hakimiyyətinin beynəlxalq məsələlər üzrə sədr müavini əlavə edib: Bir cinayət işi də Tehran beynəlxalq məsələlər üzrə məhkəmə orqanında açılıb. Biz İraqla birgə təhqiqat komitəsi yaratmışıq və bu komitə indiyədək iki iclas keçirib. Komitənin üçüncü iclası da fevralın ortalarında Bağdadda təşkil ediləcək.

Qəribabadi vurğulayıb: Beynəlxalq məsələlər üzrə məhkəmə orqanı da tezliklə öz ərizəsini hazırlayıb, baxılmaq üçün Tehran ədliyyəsinə göndərəcək.

İranın məhkəmə hakimiyyətinin beynəlxalq məsələlər üzrə sədr müavini bildirib ki, əlbəttə, şəhid Süleymaninin işində digər imkanlardan istifadənin araşdırılması da gündəmdə durur.

O, deyib: Araşdırmaları sürətləndirmələri üçün prezident aparatı və əlaqədar orqanlar məcmuəsi ilə ahəngdarlıq yaradılıb. Məqsəd, tez bir zamanda yekun nəticəyə çatmaqdır ki, görən, beynəlxalq hüquq orqanlarına müraciət etmək və ya Amerikada məhkəmə işi açmaq imkanı var, yoxsa yox.

İnsan hüquqları qərargahının katibi İranın nüvə alimlərinin terroru barədə dörd hüquqi işin təşkilinə də işarə edib. Bildirib ki, bu işlər araşdırılıb,/ barələrində qərar çıxarılıb.

Qəribabadi rəylərin icrasına zəmanət haqda isə belə deyib: Amerikanın digər ölkələrdəki əmlaklarını öyrənməkdəyik və bu məqsədlə icra orqanlarının əməkdaşlıqlarına ehtiyac duyuruq.

İranın məhkəmə hakimiyyətinin beynəlxalq məsələlər üzrə sədr müavini söyləyib: Ölkə xaricində yaşayan iranlıların haqqında edilmiş ədalətsizliklərə və zülmlərə baxılması məsələsi də gündəmə gətirilib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button