ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Şəhadət aclığı aksiyasına qoşulanların sayı artır

Qobustan qapalı həbsxanasında polisin Allah təalanı təhqir etməsinə etiraz əlaməti olaraq aclıq aksiyasına başlamış Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadənin təşəbbüsünə bir qrup digər məhbus qoşulub:

Abbas Hüseyn

Polad Aslanov

Cabbar Cabbarov

Fərəddin Zeynalov

Əli Əliyev

Seyfəddin Şirvanov

Cahad Babakişiyev

Vəli Allahverdiyev

Mir Yusif Cavadov

Fariz Məmmədov

Ruzbekar Allahverdi 

Muxtar Həsənov

Xatırladaq ki, Hacı Tale Bağırzadə aclıq aksiyasını “şəhidlik aksiyası” adlandırıb və “Müsəlman Birliyi Hərəkatının” iki üzvünə işgəncə verilərək, onlardan ifadə almaq, həm də onlara ruhi və psixoloji iztirablar vermək üçün Allahı təhqir edən şəxslərin cəzalandırılmasını tələb edir.

Ən son məlumata əsasən, Müsəlman Birliyi Hərəkatının sədri, siyasi məhbus Tale Bağırzadəni bu gün vəkili Bəhruz Bayramov ziyarət edib. Siyasi məhbusla saxlanıldığı Qobustan həbsxanasında görüşən vəkili mediaya bildirib ki, o, tələblərində çox qətiyyətlidir və tələbləri yerinə yetirilməyənə qədər aksiyanı davam etdirəcəyini bildirib: “Tale Bağırzadə dedi ki, sonadək aksiyanı davam etdirəcəm. Əqidədaşlarıma işgəncə verən, Allahı və İslam müqəddəslərini təhqir edən hüquq mühafizə orqanlarının əməkdaşları cəzalandırılmasa, aksiyanı dayandırmayacağam. Mən azadlığımı tələb etmirəm. Mən Allahın söyülməsinə etiraz edirəm”.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 yanvar 2017-ci il tarixli hökmü ilə Tale Bağırzadə 19 il həbsə məhkum edilib. Məhkəmə hökmünə görə, o, həbsinin ilk 7 ilini Qobustan Qapalı Həbsxanasında çəkməlidir.Tale Bağırzadə və bir sıra digər inanclı insanlar 2015-ci il noyabrın 26-da Nardaran qəsəbəsində keçirilən xüsusi əməliyyatdan sonra həbs olunublar.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button