ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Sədərəyin icra başçısı camaatı satın alır – Bir “saman presi”nə…

Naxçıvanın Sədərək rayonundan tez-tez müxtəlif adamlar rayon icra başçısı Mahirə Adnayeva barədə şikayətlər yazır və üzərindən bir neçə gün keçəndən sonra növbəti məktublarında şikayətlərini geri götürdüklərini bildirir, əvvəl yazdıqlarının silinməsini xahiş edirlər. Hətta belə şikayətçilərindən biri şəxsən mənə etirafında əvvəlki məktubunu silmək istəməsinə belə aydınlıq gətirmişdi: “İcra hakimiyyətindən məni çağırdılar, pensiya tələbimi yerinə yetirdilər və filan qədər saman pressi verdilər. Xahiş edirəm, şikayətimi siləsiniz”.
Bundan əvvəlki icra başçısı Həbib müəllimin vaxtında baş verən bu hadisədən sonra məndə qənaət yaranmışdı ki, Sədərəkdə yeni iş yeri ortaya çıxıb: mənə məktub yazmaq, yağlı dillərlə onun yayılmasına nail olmaq, ardınca da icra hakimiyyəti ilə danışıqlara getmək və yaxçı qazanc əldə etmək.
Açığı, bir neçə il əvvəl yaşadığım bu təcrübə mənə Sədərəkdən gönərilən şikayət məktublarına ehtiyatlı yanaşmağın vacibliyini öyrədib. Odur ki, bir çox şikayət məktublarını dərc etməkdən çəkinirəm.
Ötən günlərdə Sədərək sakini Vidadi Rzazade adlı bir nəfər mənə zəng edib indiki icra başçısı Mahirə Adnayeva barədə şikayəti olduğunu demişdi. Hətta yanına 4-5 kəndlisini də alan bu adam uzun-uzadı rayonlarındakı özbaşınalıqlardan danışmışdı. Məndən şikayətini anonim şəkildə yaymağımı israrla xahiş edirdi. Mən də təcrübələrimə əsaslanıb, ondan nə şikayəti varsa, özünün yazmasını və şəxsiyyətini təsdiq edən bir sənədlə redaksiyamıza göndərməsini istəmişdim. Bir neçə günlük fikirləşməsindən sonra adam mənə öz şikayətini yazıb göndərdi və altına da telefon nömrəsini əlavə edərək yazdı: “Telefon nomrəmədə orda qeyd edin kimin sozu iradi olsa mene zeng etsin 077 545 79 43”.
Dünən axşam isə Vidadi Rzazade mənə yenidən telefon açaraq yazdığı şikayət məktubunun silinməsini israrla xahiş etməyə başladı. Görünən bu idi ki, Vidadi müəllim də gedib Mahirə xanımla anlaşıb və indi öz əməlinin izini silməyə nail olmaq istəyir. Mən də ona şikayət məktubunu silə bilməyəcəyimi, buyurub öz yazdığını təkzib edə biləcəyini, mənim o təkzib məktubunu da yayımlayacağımı bildirdim. Adam isə təkzib də yazmaq istəmir, israrla şikayət məktubunun silinməsini xahiş edirdi.
Əziz naxçıvanlılar, mən xanın qılıncının dalı-qabağı kəsdiyi anlarda sizin problemlərinizi anonim şəkildə işıqlandıraraq problemlərinizin həllinə çalışırdım. Bunun üçün əsasım da vardı: Çünki adınızı açıq şəkildə göstərərəmsə “xan” repressiyasına məruz qala bilərdiniz. İndi isə bu durum yoxdur və Naxçıvanda heç nə dəyişilməsə belə, hər halda insanlar şikayət etmək azadlığına qovuşublar.
Üstəlik, bu xeyirxah təşəbbüslərimdən öz məkrli niyyətləri üçün istifadə edənlər var. Mən də sözügedən sui-istifadələrin qarşısını almaq üçün bundan sonra sizin anonim məktublarınızı yaymamağa və yaydıqlarımı da silməməyə qərar vermişəm. Yaxşı pul qazanmaq və ya yeri məmurlarla hansısa sövdələşmələrə getmək istəyənlər varsa, özlərinə “ilan tutan Seyid Əhməd əlini” başqa ünvanlarda axtarsın.
P.S. Mənim bu ricamı nəzərə almayan sövdəçilər kimliyindən asılı olmayaraq ifşa olunacaqlar.

qafqaz.ir/az

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button