ArxivXəbər lentiXəbərlər

“Sədərək” Ticarət Mərkəzi bağlanmaq təhlükəsi ilə üz-üzədir

R.Ziya. “Sədərək” Ticarət Mərkəzində çalışan sahibkarların çoxu dolların qiymətinin qalxmağı ilə əlaqədar olaraq, ticarəti dayandırmaq məcburiyyətində qalıb.

Satıcılardan Taleh Həsrətbəyli bununla bağlı SalamNews-a bildirib ki, bu gün səhər saatlarında dolların məzənnəsi qalxdığı üçün məhsulların qiyməti də qalxıb: “Buna görə də satışı dollarla həyata keçirməyə başladıq və bütün məhsulların qiymətini 35% artırdıq. Lakin çox çəkmədən bu qiymət artımının çıxış yolu olmadığını görüb, satışı dayandırmaq qərarına gəldik.”

Sahibkarın sözlərinə görə, hazırda “Sədərək” Ticarət Mərkəzində satış obyektlərinin çoxu bağlanıb: “Müştərilər qiymətlərin bahalaşdığını görərək, bazarı tərk edirlər. Topdansatış həyata keçirən sahibkarlar ticarəti tamamilə dayandırmalı olublar.

Bəzi sahibkarlar isə bazar ertəsinədək, yəni Mərkəzi Bankın valyuta məzənnəsinin dəyişəcəyi ilə bağlı hər hansı bir qərar verəcəyi ehtimalı ilə gözləməyi qərara alıblar. Mərkəzi Bank hansı qərarı versə, sahibkarlar da ona uyğun addım atacaqlar, yəni valyuta qalxsa, qiymətlər də bahalaşacaq.”

T.Həsrətbəyli, həmçinin bildirib ki, Ticarət Mərkəzinin rəhbərliyi sözügedən məsələ ilə bağlı olaraq, icarə haqlarının artırılmayacağını bildirib.

Bildirək ki, Mərkəzi Bankın İdarə heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 21 fevral 2015-ci il tarixinə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN, 1 avronun məzənnəsi isə 1.1950 AZN səviyyəsində müəyyən edilib
– See more at: http://salamnews.org/az/news/read/164448#sthash.epuBlmLS.dpuf

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button