ArxivXəbər lentiXəbərlər

İran və Azərbaycan böyük nəqliyyat layihəsinin həyata keçirilməsi üzərində çalışırlar

İran və Azərbaycan böyük bir beynəlxalq nəqliyyat layihəsinin həyata keçirilməsi üzərində çalışırlar.

AZƏRTAC xəbər verir ki, bu sözləri İranın birinci vitse-prezidenti İshaq Cahangiri deyib. O qeyd edib ki, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin əsas hissəsini təşkil edən Rəşt-Astara(İran)-Astara(Azərbaycan)-Bakı dəmir yolu xətti qarşılıqlı əməkdaşlıq sahəsində inşa edilir. İ.Cahangiri bildirib ki, bu layihə gələcəkdə hər iki dövlətin iqtisadi inkişafının davamlı olmasını təmin edəcək. Bütün region ölkələri bu yoldan faydalana biləcəklər.

Birinci vitse-prezident onu da nəzərə çatdırıb ki, İran Azərbaycan vasitəsilə Gürcüstan ilə də yaxşı iqtisadi əlaqələr qurmaq imkanı əldə edib.

İ.Cahangiri beynəlxalq terrorçuluğun bölgədə yayılmaması üçün İran, Azərbaycan və Türkiyənin əməkdaşlığını zəruri hesab edib. O bildirib ki, terrora qarşı hər üç dövlət vahid mövqeyə malikdir. Bu mövqe ondan ibarətdir ki, beynəlxalq terrorçuların region ölkələrinə daxil olmalarının qarşısı alınsın. Bu mövqe dövlətlərin birgə fəaliyyəti üçün zəmin yaradıb.

Rabil Kətanov

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button