ArxivXəbər lentiXəbərlər

Gürcüstanda dini təqvimə İmam Məhdinin (ə.f) doğum günü əlavə olunub

artıq beş ildir ki, Dini Məsələlər üzrə Dövlət Agentliyi tərəfindən dərc olunmuş təqvimlərdə digər dinlərin bayramları ilə bir yerdə İslam dininin müqəddəs günləri də yer almışdır. Qurban və Ramazan kimi böyük bayramlarla yanaşı Hz. Peyğəmbərin mövludu (s), Hz. İmam Əli (ə) və Hz. Xanım Zəhranın təvəllüd günləri, Məbəs və Qədir-xum bayramları, Aşura və kandil gecələri qeyd olunub.

Bu il bu bayramların siyahısına 12-ci İmamın təvəllüd günü də əlavə olunub – bu haqda Gürcüstan Müsəlmanlar İdarəsinin Şeyxi Ramin İgidov məlumat verib.

Məlumata görə, 12 səhifədən ibarət iri həcmli təqvim dövlət müəssisələrinə, dini icmalara və təşkilatlara hədiyyə olunur.
Gürcüstan Müsəlmanları İdarəsinin bu il 8000 tirajda və (A2 formatda) çap etdiyi dini təqvimin üzərində isə Kərbəla ziyarətgahının şəkili əks olunub. Təqvim yetmədiyindən təkrar 2000 tiraj çap edilib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button