ArxivXəbər lentiXəbərlər

Tale Bağırzadə Abbas Hüseynovu təbrik etdi

Martın 3-ü Nardaran məhbusu Abbas Hüseynovun 31 yaşı tamam olub. Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə bu münasibət ilə Abbas Hüseynova təbrik ünvanlayıb. Yaxınlarının Rakurs TV-ə verdiyi məlumata görə ilahiyyatçı təbriklərini telefon danışığı zamanı çatdırıb. Sözügedən təbrikin mətnini təqdim edirik:
qafqaz.ir rakurs.tv-a istinad xebere gore.”Əziz qardaşım, Abbas! Zindanda keçirdiyin 31-ci yaş günün mübarək olsun. Sən azadsan, həmişə də azad olmusan. Ona görə mən səni məhkum, məhbus saymıram. Əsl məhbuslar səndən qorxub sənə 20 il həbs cəzası verən bu hakimiyyət və onların xidmətçiləridir. Onlar öz nəfslərinə, hakimiyyət ehtiraslarına, qorxularına məğlub olub, azadlıqlarını itiriblər. Sən isə dəmir barmaqlıqlar arxasındakı duruşunla həbsini istəyən prokurorlardan, hökm oxuyan hakimlərdən və ən nəhayət bu həbsin sifarişçilərindən daha azadsan.
Qardaşım, şübhə yoxdur ki, Allahın vədi haqdır və hər kəs öz əməllərinə görə gec ya tez cavab verəcək. Bu xalqa zülm edənlər tarix, insanlıq və Allah qarşısında mühakimə olunacaqlar. Amma mən inanıram ki, bundan qabaq Nardaran dəhşətini törədənlər, 6 günahsız insanı öldürənlər, illərboyu xalqın haqqını qəsb edib, vətənimizi xarabaya çevirənlər elə bu xalq qarşısında da öz cəzalarına catacaqlar. Bu, bizlərin, xalqımızın mübarizəsi sayəsində baş verəcək. 
Abbas, sənə getdiyin iman, azadlıq, ədalət yolunda möhkəm olmağı, mübarizənin nəticəsini görməyi arzulayıram. Təşəkkür edib, etdiklərinin dəyərini aşağı salmaq istəmirəm. Allah və qədirbilən

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button