AktualAktualArxivIslammədəniyyatQarabağSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Səhranəvərd: İran və Azərbaycan arasında münasibətlər sahəsində yeni üsullar yaratmağa çalışmalıyıq

Ərdəbil Universitetinin siyasi elmlər və beynəlxalq münasibətlər üzrə professoru: “Qarabağ münaqişəsində Azərbaycan Respublikasının siyasəti İrandan uzaqlaşmaqdır. Bunun əlaməti də Xudafərin körpüsünün təsviri olan beş yüz manatlıq əskinasın çap edilməsidir.”

Qafqaz Həqiqətləri xəbər verir ki, Ərdəbil Azad İslam Universitetinin bəsic tələbələrinin təşəbbüsü və müəllim, tələbə və Qafqaz məsələləri üzrə ekspertlərin iştirakı ilə keçirilən “İkinci Qarabağ müharibəsindən sonra bölgədə baş verənlər” peşəkar konfransında çıxış edən doktor Behnam Səhranəvərd Qarabağ münaqişəsində əsas məsələnin Qafqazda baş verən proseslərlə İranın milli maraqları arasında əlaqə olduğunu bildirməklə yanaşı deyib: “Qafqazda baş verənlər Azərbaycan Respublikasının xeyrinə olsa da, bu  hadisələr Azərbaycanın İrandan uzaqlaşmasına səbəb olub.”

Politoloq Rusiya, Türkiyə, Azərbaycan, Ermənistan və sionist rejimini bu münaqişənin əsas aktorları kimi göstərərək deyib: “Bu münaqişədə Azərbaycan Respublikasının siyasəti İrandan uzaqlaşmaqdır. Bunun əlaməti də Xudafərin körpüsünün təsviri olan beş yüz manatlıq əskinasın çap edilməsidir. Bizim yük maşınlarımızın gediş-gəlişinə maneçilik yaratmaq və iki iranlı sürücünü həbs etmək də həmin istiqamətdə baş tutub.”

İranın bu sahədə iki hərəkəti nəzərdə tutmalı olduğunu vurğulayan politoloq qeyd edib ki, birinci addım Qafqazdakı konfliktlərdə iştirak edən ölkələrin rolu ilə yanaşı, bu münaqişələri yaxından izləmək, ikinci addım isə həmin münaqişələr barədə strateji səbrə son qoymaqdır.

O, həmçinin ölkənin son 100 gündə daha çox daxili problemlərdən qaynaqlanan xarici siyasətini tənqid edərək deyib: “Biz İran və Azərbaycan Respublikası arasında münasibətlər sahəsində yeni üsullar yaratmağa çalışmalıyıq. Əks təqdirdə ölkədə mənfi milli, dini və maddi nəticələrin şahidi olacağıq və bu da Azərbaycan Respublikası xalqının İrandan uzaqlaşmasına səbəb olacaq.”

Doktor Səhranəvərd çıxışının sonunda birinci və ikinci Qarabağ müharibələrində İranın Azərbaycan Respublikasına hərtərəfli köməklərini vurğulayaraq deyib: “Azərbaycan rəsmiləri bilməlidirlər ki, bu sahədə baş verənlərin hamısı İranın səyləri və dəstəyi ilə olub. Çünki İran həmişə Qarabağın İslam torpağı olduğuna və onun işğaldan azad edilməsinin vacibliyinə inanıb. Azərbaycan dövləti birinci Qarabağ müharibəsindən İrana borcludur və hazırda Qarabağda mühüm infrastrukturlar qurmasına diqqət etməklə, biz də bu prosesdə iştirak etməliyik.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button