ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

İranlı diplomat: Süveyş kanalının alternativi “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizidir

Süveyş kanalının bağlanması dünya iqtisadiyyatına 10 milyard dollardan çox ziyan vurduğu üçün “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi alternativ variant kimi tez bir zamanda hazır olmalıdır.

Qafqaz.ir AZƏRTAC-a istinadən   xəbər verir ki, bu sözləri İranın Rusiyadakı səfiri Kazım Cəlali deyib. O bildirib ki, Asiyadan Avropaya yüklərin Süveyş kanalı ilə deyil “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi vasitəsilə daşınması nəqliyyat xərclərini 30 faiz, yükün çatdırılma müddətini isə 20 gün azaldır. Süveyş kanalı ilə ildə 1 milyard ton yük daşınır ki, bu da gəmilərin günlərlə gözləməsinə və əlbəttə ki, vaxt itkisinə səbəb olur.

Diplomat nəzərə çatdırıb ki, bu günlərdə Süveyş kanalında baş verən insident alternativ nəqliyyat yollarından istifadəni gündəmə gətirib. Buna görə də “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsində iştirak edən dövlətlər həyata keçiriləcək işləri tez bir zamanda başa çatdırmalıdırlar.

Qeyd edək ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi Asiya ilə Avropa arasında yükdaşımaların həyata keçirilməsi üçün nəzərdə tutulub. Hindistanın Mumbai limanından başlayaraq Qərbi Avropaya kimi uzanan dəhliz Azərbaycan ərazisindən də keçir. Cənub-Şərqi Asiya ölkələri yükləri gəmilərlə İranın Çabahar və Bəndər-Abbas limanlarına çatdırır. Buradan isə Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu ilə Azərbaycan və Rusiyadan keçərək Avropaya daşınır. Hazırda bu dəmir yolunun Qəzvin-Rəşt hissəsi istismara verilib. Rəşt-Astara hissəsində isə inşaat işləri davam edir. İran iqtisadi vəziyyətinin ağır olmasına baxmayaraq Rəşt-Astar dəmir yolu xəttini tezliklə yekunlaşdırmalıdır. Bu layihə İran, Azərbaycan və Rusiya üçün strateji əhəmiyyət daşıyır.

Xatırladaq ki, Yaponiyaya məxsus “Ever Given” konteyner daşıyan gəminin martın 23-də Süveyş kanalının dayaz sularında ilişib qalması ayrı-ayrı dövlətlər və şirkətlərlə yanaşı dünya iqtisadiyyatına da külli miqdarda ziyan vurub.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button