ArxivXəbər lentiXəbərlər

İslamçı məhbus: `Yatağıma uzanmışam və nəfəsim çatmır`

İslamçı məhbus Rufulla Axundzadə İslaminsesi.org-a məktub göndərib. O, səhhətində yaranmış problemlərdən və məhbəsdə ona qarşı edilən haqsızlıqlardan şikayət edib. May ayının 1-də gecə saat 2-də yazdığı qeyd olunan məktubda daha sonra deyilir:  “Yatağıma uzanmışam və nəfəsim çatmır. Ürək nayihəmdə kəskin ağrı var. Ona görə bu məktubu yazıram. Əvvəla onu deyim ki, Hacı Vaqif Abdullayev şəhid oldu. Onun ardıyca mən infarkt oldum. Məndən 2013-cü ilin oktyabr ayında əvf siyahısına salmaq üçün ərizə istədilər, vermədim.

 2014-cü ildən 2015-ci ilin mayına kimi heç bir müayinə, rentgen olunmadım. Mən Fikrət Məmmədova şikayət məktubu yazdım. Qəsdlə 2015-ci ilin Novruz bayramı ərəfəsi müayinə üçün Penitensiar xidmətin Müalicə Mərkəzinə yolladılar. Gedəndə məni 6 saat soyuqda saxladılar.

 Rentgonoloq mənə dedi ki, ürəyimdə genişlənmə, qaraciyərimdə bərkimə var. Öd kisəsi daşla doludur. Mütləq müalicə olunmalısan. Lakin oradakı kardioloq Vüsalə xanım ürəyimdə heç bir problem olmadığını bildirdi. Mən yenidən cəzaçəkmə müəssisəsinə qaytarılmağımı xahiş etdim. Aprel ayından özüm-özümü müalicə edirəm.

 Lakin artıq gücüm çatmır. Ciddi etibarlı həkimə və müayinəyə ehtiyacım var.

 Hiss edirəm ki, halım daha da pisləşir. Müalicə müəssisəsinə gedəndə prostat vəzi və bronxdan əziyyət çəkirdim. Hal-hazırda diğər xəstəliklər də mənə əziyyət verir. Əgər təcili tədbirlər görülməsə mümkündür məni itirəsiniz”.

 Qeyd edək ki, Rufulla Axundzadə 2011-ci ilin yanvar ayında tutularaq Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, 2013-cü ilin mayında kəskin miokard infarktı keçirib və Baş Tibb İdarəsinin Müalicə Müəssisəsində müalicə alıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button