Səfir: Azərbaycan və İranın ortaq cəhətləri digər qonşularla müqayisədə daha çoxdur
“İran İslam Respublikası və Azərbaycan Respublikası qonşu ölkələr arasında din, dil və mədəniyyət baxımından ən çox ortaq cəhətləri olan ölkələrdir.”
bunu Azərbaycanın İrandakı səfiri Əli Əlizadə İranın “Nəsr” İnformasiya Agentliyinə müsahibəsində deyib.
İki ölkə arasında olan ortaq cəhətlərin digər qonşularla müqayisədə daha çox olduğunu deyən Azərbaycanın səfiri ölkələr arasındakı münasibətlərin yaxşı və inkişaf etməkdə olduğunu bildirib.
O əlavə edib: “Lakin bəzi qüvvələr yaxşı münasibətlərdən narahatdır və iki ölkə arasında fikir ayrılığı yaratmağa, ölkələrimizin dostluğuna, qardaşlığına xələl gətirməyə çalışırlar. Lakin heç vaxt buna nail ola bilməyiblər və bacarmayacaqlar.”
O fikirlərini belə davam etdirib:
“İki ölkənin dövlət başçıları Azərbaycanla İran arasında münasibətləri inkişaf etdirmək əzmindədirlər. Hesab edirəm ki, bu, iki ölkə xalqının və hökumətinin əsas arzusudur və getdikcə əlaqələrimiz daha da inkişaf edəcəkdir.”