ArxivIslamSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Rustavidə “Məbəs” bayramı ilə bağlı tədbir keçirilib – FOTO

Rustavi şəhərində Əziz İslam Peyğəmbəri Həzrəti Məhəmmədin (s) peyğəmbərliyə təyin olunduğu gün, “Məbəs” bayramı münasibəti ilə bayram tədbiri keçirilib.
Qafqaz.ir xəbər verir ki, tədbirdə yerli din, elm, ictimaiyyət xadimləri və dövlət rəsmiləri, eləcədə ətraf kəndlərdən dəvət olunan inanclı müsəlmanlar iştirak edib.
Tədbirin aparıcısı Hacı Elvin Bayramov öncə Qurani-kərimin tilavəti ilə açıq elan olunması üçün axund Hacı Rahid Kərimovu kürsüyə dəvət edib. Oxunan Quran ayələri Türkiyə və Suriyada zəlzələ zamanı dünyasını dəyişənlərə tapşılılıb, onların ruhuna dualar edilib.
Sonra Bütün Gürcüstan Müsəlmanları İdarəsinin (BGMİ) şeyxi Hacı Ramin İgidov məclis iştirakçılarını “Məbəs” bayramı və “Merac” qəndili münasibəti ilə təbrik etdikdən və zəlzələ qurbanlarına başsağlığını çatdırdıqdan sonra İslam Peyğəmbərinin (s) insani keyfiyyətlərindən, həyat tərzindən, gətirdiyi kamil dinin insanlığa verdiyi örnəklərdən və mesajlardan söhbət açıb.
Sonra çıxış üçün kürsüyə BGMİ-nin qərbi Gürcüstan üzrə müftisi Hacı Adəm Şantadze, Şərqi Gürcüstan müftisi Hacı Etibar Eminov, Beynəlxalq Al-Mustafa Universitetinin nümayəndəsi Hacı Həsən Yusfzadə və başqaları dəvət olunub. Onlar da şıxışları zamanı Allahın Rəsulu Hz. Məhəmmədin (s) şəxsiyyəti, İlahi missiyası, fəziləti, amal və hədəfləri, gətirdiyi son və kamil dinin özəllikləri və örnəkləri haqqında söhbətlər ediblər. Qonşu ölkələrdəki zəlzələ qurbanlarına rəhmət, yaralılara şəfa diləyiblər.
Bayram süfrəsi ətrafında keçirilən tədbirdə din tələbəsi Fədai Naci yazdığı dini şeirlərlə məclis içtirakçılarının qəlbini oxşuyub. Gənc məddah Səid Həsənin ifasında dini ilahilər səsləndirilib.
Adları Peyğəmbərimizin ad və ləqəbləri ilə eynilik təşkil edənlərə hədiyyələr təqdim olunub. Nəhayət, bayram tədbiri Məşədi Vidadi Qurbanovun İmam Zaman (ə) duası oxuması ilə sona çatıb.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button