ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Rüstəm Muradov daha 5 erməni əsiri İrəvana aparıb

 beş erməni hərbçisini daşıyan təyyarə ötən gün İrəvanın Erebuni hava limanına enib.

Hərbçilər Rusiya Aerokosmik Qüvvələrinin bir təyyarəsi ilə təhvil verilib.

Erməni mediasının yaydığı  məlumatda deyilir ki, Bakıda keçirilən Ermənistan vətəndaşlarının geri qaytarılması prosesi Rusiya sülhməramlı kontingentinin keçmiş komandanı general Rüstəm Muradovun iştirakı ilə baş tutub. Bu məhbusların hamısı iyul ayında Bakıda 6 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Azərbaycanın terrorçu diversant adlandırdığı hərbçilərin azad edilməsi ilə bağlı çoxdandır ATƏT Minsk Qrupunun həmsədrləri rəsmi Bakıya təzyiq göstərir. Avropadakı qurumlar tərəfindən də son zamanlar bu sahədə təzyiqlər artmağa başlayıb. Üstəlik Ermənistan dövləti hərbi əsirlərin hüquqlarının pozulması ilə bağlı Haaqadakı Beynılxalq Ədalət Məhkəməsində məsələ qaldırıb.

Rəsmi Bakı isə bildirir ki, Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin 2020-ci il 10 noyabr tarixdə imzaladıqları üçtərəfli bəyanatın qüvvəyə minməsi ilə hərbi əməliyyatların dayandırılmasından sonra Ermənistan tərəfindən Azərbaycan ərazilərinə silahlı diversant dəstələrinin göndərilməsi həmin bəyanatın pozulması kimi qiymətləndirilməlidir. Eyni zamanda terrorçu-diversant qrupun insan təlafatına səbəb olan təxribat və terror xarakterli əməllər açıq-aşkar cinayət hesab olunduğundan onlar barəsində cinayət məsuliyyəti tədbirlərinin tətbiq edilməsi anlayışla qəbul edilməlidir.

Prezident İlham Əliyev bu haqda deyib: “Biz azad edilmiş ərazilərdə diversiya ilə məşğul olanları əsir götürdük. Məhv etmədik. Bu, yenə də bizim humanist mahiyyətimizi göstərir… Onları əsir götürmüşük. Amma onlar hərbi əsir sayıla bilməz, çünki müharibə qurtarıb. Onlar terrorçudur, diversantdır. Əgər Ermənistan rəhbərliyi bu qanunsuz silahlı birləşmələrə nəzarət edə bilmirsə, bu, onların problemidir. Ona görə burada heç kim bizi ittiham edə bilməz”.

Azərbaycan rəhbərliyi tərəfindən belə bir açıqlamanın verilməsinə baxmayaraq, sözü gedən erməni hərbçilərinin əksəriyyəti azad edilib, əsasən də mina xəritələri ilə dəyişdiriliblər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button