ArxivXəbər lentiXəbərlər

Fələstin xarici işlər naziri Azərbaycan prezidenti ilə görüşüb

Azərbaycan Respublikası prezidenti Fələstin xarici işlər naziri ilə görüşdə deyib: Azərbaycan həmişə Fələstin xalqının yanındadır.

İRİB-in Bakıdakı nümayəndəliyinin APA İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, görüşdə Fələstin xarici işlər naziri Riyaz əl-Maliki İlham Əliyevin İstanbulda İslam Əməkdaşlıq Təşkilatı İƏT-in zirvə toplantısında iştirakını əhəmiyyətli adlandırıb və onun bu iclasda Fələstini dəstəkləməsini alqışlayıb.

Əl-Maliki Qoşulmama Hərəkatına üzv ölkələrin xarici işlər nazirlərinin dövrlərarası iclasını da əhəmiyyətli adlandırıb və bu iclasda iştirak etməsindən razı qaldığını bildirib.

Məlumata görə, Azərbaycan prezidenti də Fələstin xarici işlər nazirinin Qoşulmama Hərəkatına üzv ölkələrin xarici işlər nazirlərinin iclasındakı iştirakını əhəmiyyətli adlandırıb və əlavə edib: Azərbaycan Respublikası həmişə Fələstin dövləti və xalqının yanında olmağı vurğulayıb və İstanbulda zirvə toplantısında iştirak da bu həmrəyliyi göstərir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button