ArxivQarabağSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Rusiyanın vasitəçiliyi nəticə verəcəkmi?

Azərbaycanla Ermənistan arasında sərhəd və kommunikasiya məsələsi gündəmdə

Putin Rusiyada Azərbaycan və Ermənistan respublikalarının rəhbərlərinin mütəmadi görüşlərini keçirməklə iki tərəf arasında “vasitəçiliyi” gücləndirmək niyyətindədir.

hazırda Azərbaycan Respublikası və Ermənistan sərhədlərinin delimitasiyası üzrə birgə komissiyanın formalaşdırılması prosesinin sürətləndirilməsi və kommunikasiyaların açılması Rusiyanın diqqət mərkəzində duran əsas məsələlərdir.

Moskva sərhədin demarkasiyası prosesinin öz nəzarətində olmasını istəyir. Paşinyanın sonuncu dəfə bu prosesin Sovet İttifaqından qalmış sərhədlər daxilində baş verməsinin tərəfdarıdır. Azərbaycan isə bir qədər fərqli mövqedən çıxış edərək əhatəyə alınmış əraziləri, eləcə də otlaq və kənd təsərrüfatı torpaqları adlanan planlara əsasən Ermənistana verilmiş əraziləri geri almaq istəyir.

Rusiya həmin mübahisədən istifadə edərək aprelin sonuna qədər birgə komissiyanın fəaliyyətini ləngidə bilər. Bu isə Avropa İttifaqının vasitəçiliyi ilə Brüssel razılaşmasının “effektiv olmamasına” və Moskvanın “əsas vasitəçi” reputasiyasına səbəb ola bilər. Bu vəziyyət həm də sərhədlərdə yeni gərginlik gözləntilərini artırır.

Kommunikasiyalar məsələsinə gəlincə Rusiya Qərblə gərginləşən münasibətləri fonunda yeni yolların açılmasında maraqlı tərəfdir.

Sərhəd məsələsin kölgə salan bir amil də 10 noyabr razılaşmasının 4-cü maddəsininin Bu vaxtadək Ermənistan tərəfindən tam şəkildə yerinə yetirilməməsidir. Sənəddə Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağdan çıxarılması istənilir.

Bütün bunlara baxmayaraq, Azərbaycan, Ermənistan və Rusiya liderlərinin müntəzəm görüşlərini təşkil etməklə Putin öz vasitəçiliyini gücləndirmək niyyətində olduğunu göstərir. Lakin hər bir halda Bakı erməni qoşunlarının çıxarılması məsələsində israrlı qalır. Ona görə də əgər Moskva sərhədlərin delimitasiyası və kommunikasiyaların açılmasını istəyirsə, indiki geosiyasi vəziyyət ondan ən azı prosesdə neytral qalmasını tələb edir, əks halda regionun gələcəyi yenidən mürəkkəbləşəcəkdir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button