ArxivQarabağSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Rusiyanın rəsmi qurumu “Dağlıq Qarabağ Respublikası”nı tanıyır

Rusiya Dövlət Satınalmaları Vahid İnformasiya Saytında iki həftədir yerləşdirdiyi elanda “Dağlıq Qarabağ Respublikası” ifadəsindən istifadə edərək Azərbaycan Respublikasının Rusiya sülhməramlılarının nəzarətində olan əraziərində əməkdaşlığa çağırıb.

Qafqaz.ir-nin verdiyi məlumata görə, Elanda deyilir: “Dağlıq Qarabağ Respublikası ərazisində Rusiya Müdafiə Nazirliyinin hərbi şəhərciklər kazarma-mənzil fonduna kompleks xidmətin təşkili və həyata keçirilməsi xidmətlərinin göstərilməsi”.

Xidmətin sifarişçisi Rusiya Federasiyasının Müdafiə Nazirliyidir və sifariş avqustun 13-də yerləşdirilib.

Üç həftə keçməsinə baxmayaraq, Azərbaycan XİN və Moskvadakı səfirlikdən heç bir reaksiya müşahidə olunmamışdır.

Elanda səhvə yol verilibsə, onu düzəltməyən Rusiya Müdafiə Nazirliyinin mövqeyi də aydın deyil.

Media və social şəbəkələrdə ciddi müzakirə olunan bu mövzu barədə belə bir fikir səsləndirilir ki, bu, Rusiya hərbi idarəsinin şüurlu və ya şüursuz addımıdırsa, Bakı ən yüksək səviyyədə izahat tələb etməlidir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button