ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Rusiyanın 65 şirkətindən ibarət nümayəndə heyəti bu gün İranda danışıqlara başlayır

Rusiyanın 65 şirkətindən ibarət nümayəndə heyəti bu gün İran paytaxtı Tehranda ticarət əlaqələrini möhkəmləndirmək üçün danışıqlara başlayacaq.
SalamNews Mehr xəbər agentliyinə istinadən xəbər verir ki, İranın Sənaye, Mədən və Ticarət Nazirliyinin sözçüsü Omid Qalibaf bu barədə açıqlama verib.
“100 nəfərlik nümayəndə heyəti ilə təmsil olunan 65 Rusiya şirkəti bazar ertəsi Tehranda danışıqlara başlayacaq”- deyə o vurğulayıb.
Qalibaf Rusiya ticarət heyətinin artıq Tehrana gəldiyini açıqlayıb və qeyd edib ki, “müəyyən edilmiş plana əsasən, heyətin Tehranda olduğu 3 gün ərzində iranlı iş adamları və iqtisadi fəallar Rusiya şirkətlərinin nümayəndələri ilə ümumilikdə 759 görüş keçirəcək”.
İran rəsmisi bu görüşlərin iki ölkə arasında “ticarət əlaqələrinin möhkəmləndirilməsi” ilə bağlı olduğuna işarə edərək, deyib: “Rusiya İxrac Mərkəzinin açıqlamasına əsasən, bu ölkənin 10-dan çox böyük ticarət heyəti cari ilin sonuna qədər İrana səfər edəcək.”
Qeyd edək ki, ötən cümə axşamı Rusiya prezidenti Vladimir Putin Özbəkistanda Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində iranlı həmkarı İbrahim Rəisi ilə görüşü zamanı Rusiyanın böyük ticarət nümayəndə heyətinin Tehrana gedəcəyini açıqlayıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button