ArxivXəbər lentiXəbərlər

Azərbaycan parlamenti sədrinin 1-ci müavini Minsk qrupunu tənqid etdi

Azərbaycan Milli Məclisi sədrinin 1-ci müavini deyib: Dağlıq Qarabağ münaqişəsinin həllini mürəkkəbləşdirən səbəbkar ATƏT-in Minsk qrupudur.

APA İnformasiya Agentliyinin məlumatına görə, Azərbaycan Respublikası Milli Məclis sədrinin birinci müavini, parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov əlavə edib: ATƏT-in Minsk Qrupunun fəaliyyətinə gəldikdə, münaqişənin həllində yeganə vasitəçi olmasına baxmayaraq, təəssüf ki, bu günə qədər qrupun fəaliyyəti effekt verməyib. Gəlirlər, səfərlər edirlər və gedirlər. Heç bir şey yoxdur. Minsk qrupu özündə cəsarət tapıb, konkret sözünü deməlidir ki, Ermənistan işğalçı dövlətdir, Azərbaycan da işğala məruz qalıb. Yalandan hərəsi bir bəyanat verir. Deyirlər, Dağlıq Qarabağ problemi çox mürəkkəb problemdir, vaxt lazımdır və sair. Heç bir mürəkkəblik yoxdur burada. Dağlıq Qarabağ məsələsini mürəkkəbləşdirən elə Minsk qrupunun həmsədrləridir. Hərəni öz adı ilə çağırmaq lazımdır. İndi baxın, vaxtilə Dağlıq Qarabağda separatizmin qarşısı alınsaydı, bu gün Şimali İraqda Kürdüstan, İspaniyada Kataloniya məsələsi belə ortalığı qarışdırmazdı. Avropanın özündə ərazi bütövlükləri təhlükə altına düşüb separatizm ucbatından. Avropa indi vaxtilə düzgün aparmadığı siyasətin acı nəticələrini yaşayır. Öz başında çatlayır.

Azərbaycan Parlamenti sədrinin birinci müavinin açıqlaması ilə yanaşı qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev şənbə günü ATƏT-in Minsk qrupunun həmsədrləri və bu təşkilatın xüsusi nümayəndəsi ilə Bakıda görüşərək danışıqlar aparıb.

Minsk qrupunun 1994-cü ildən bəri göstərdiyi fəaliyyət Qarabağ münaqişəsinin həllində irəliləyişlə nəticələnməyib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button