Rusiyanın 100 illik müharibə üçün texnikası var
Rusiyanın 100 illik döyüş əməliyyatları üçün kifayət qədər hərbi texnikası var. Ancaq onları döyüş vəziyyətinə gətirməyə texniki imkanlar lazımdır. TASS xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Oleq Jdanov deyib. “Prinsipcə, Rusiyanın 100 illik müharibə üçün kifayət edəcək qədər texnikası var. Çünki onların anbarlarında on minlərlə tank, silah və zirehli döyüş maşını mövcuddur.
İnsan resurslarına gəlincə, bu mövzu Rusiya üçün olduqca acınacaqlıdır. Çünki bu gün ümumi səfərbərlik çərçivəsində səfərbər oluna biləcək Rusiya vətəndaşlarının ümumi sayı təxminən, 16-17 milyondur. Bu 16-17 milyon nəfərdən isə əməliyyatlarda iştirak edə biləcək 2 milyon nəfər var.
O şəxslər Rusiya Silahlı Qüvvələrində bu yaxınlarda xidmət edən, döyüş təcrübəsi olan, bir sözlə, yenidən hazırlıq və ixtisasların təkmilləşdirilməsini tələb etməyənlərdir. Bir çox kişi artıq Rusiyanı tərk edib, digərləri isə hərbi komissarlıqdan gizlənir. Çünki könüllü xidmət etmək istəyənlər demək olar ki, yoxdur”, – Jdanov deyib.