ArxivAudioFilm​IslammədəniyyatŞəkil​SONXƏBƏRLƏRSosialTarixXəbər lentiXəbərlər

Rusiyada Məbəs bayramı qeyd olundu – FOTO/VİDEO

 Rusiya paytaxtı Moskvada Həzrət Peyğəmbəri-Əkrəmin (s) ilk vəhi aldığı gün, – Məbəs bayramı təntənəli sürətdə qeyd olunub. Bayram tədbirlərindən biri Moskva Əhli-beyt (ə) İslam Cəmiyyətinin təşəbbüsü ilə martın 12-də Moskva İslam Mərkəzində keçirilib.

Tətbirin açılışında Ali Məqamlı Rəhbərin Rusiyadaki nümayəndəsi Hacı Sabir Əkbəri Ciddi və cəmiyyətin sədri Hacı Nizami Baloğlanov çıxışlar edib, məclis iştirakçılarını və bütün insanlığı bu böyük bayram münasibətilə təbrik ediblər. Tədbirin davamında Peyğəmbərin (s) şəninə şeirlər oxunub, Əhli-beyt (ə) məddahları qonaqları bayram ruhiyyəsiylə təbrik ediblər.

Məbəs Bayramı münasibətilə keçirilən mərasimlərdən biri Moskvadakı Fatimiyyədə baş tutub. Moskva Şiələrinin Dini Təşkilatı tərəfindən keçirilən bayram tədbirində bayram söhbətləri edilib, Əhli-beyt (ə) məddahları tərəfindən bayram ilahiləri oxunub.

 

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button