ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Rusiyada fəaliyyət göstərən erməni “Azərbaycanda vəzifə alır”

 İrəvanda nəşr olunan “Hraparak” qəzeti Vardanyanın Rusiya vətəndaşlığından imtina etdiyini və Xankəndidə məskunlaşmaq qərarına gəldiyini bildirir. Qəzet onun Xankəndidə “adi status”da olmayacağını, “idarəetmə sistemi”ndə yer alacağını iddia edir.

Həmin iddiaya görə, o, “dövlət naziri” təyin olunacaq və bu “post”da Artak Beqlaryanı əvəz edəcək. 

“Hraparak” Vardanyanın separatçıların başçısı Araik Arutyunyanla yaxın əlaqədə olduğunu da bildirir.

Qeyd edək ki, Ruben Vardanyan işğal dövründə həmişə Azərbaycan ərazilərindəki separatçılarla əlaqədə olub. O, Livan, Suriya və digər ölkələrdən erməni ailələrinin qanunsuz şəkildə Azərbaycanın işğal edilmiş ərazilərində yerləşdirilməsinin əsas təşkilatçılarından və maliyyə mənbələrindən biri olub. Ancaq 44 günlük müharibədən öncə Azərbaycan torpaqlarına gəlməyən bu erməni milyarder son günlər Rusiya sülhməramlılarının nəzarətindəki Xankəndiyə gələrək bölgədə separatizmi qızışdıracaq mesajlar verməyə başlayıb.

44 günlük müharibədə Azərbaycan Respublikasının öz torpaqlarını işğaldan azad etdiyini bildirməsinə rəğmən Xankəndi və Qarabağın bir hissəsi yerli qeyri-qanuni rejimin nəzarətindədir. Rusiya Sülhməramlıları isə bu rejimin təhlükəsizliyini təmin edirlər. Rəsmi Bakı rəsmi qaydada separatçıların Ermənistanla davamlı əlaqəsini təmin edib və son günlər onlar üçün Azərbaycan Respublikası tərəfindən çəkilən yol və dəhliz istifadəyə verilmişdir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button