AktualAktualArxivSONXƏBƏRLƏRSosialtahlil va magaleXəbər lentiXəbərlər

Rusiyada araşdırmaçı jurnalistlərin taleyi – Məqalə

SSRİ-də şəxsin xarakterinə birbaşa ani təsir qoyan və on da intihar a mey li gücləndirən narkotik maddələr tapılırdı.

İndi sual olunur ki, FSB KQB-nin əks-kəşfiyyat sahəsindəki imkanlarına ən yaxşı şəkildə varis ola bilibmi?

Qafqaz Həqiqətləri  Oxuduğunuz bu məqalə, Patrik Penonun qələmə aldığı “ Stalin Sovet İttifaqından Putin Rusiyasına qədər Rusiya təhlükə sizlik orqanları” kitabına yazılmış qeyddir.

Deyilənlərə əsasən, Rusiyada şəxsin xarakterinə birbaşa ani təsir qoyan və on da intihar a meyli gücləndirən narkotik maddələr tapılır. FSB təkcə KQB-nin əks-casusluq imkanlarını deyil, həm də ən gizli saxlanılan bəzi sirlərini irs aparıb.

Rusiya da hərbi-sənaye kompleksləri, hər yerdə olduğu kimi, hər şeylə maraqlanan insanları sevmirlər. Mövzu , Safronov adlı şəxsdir. O, təkcə adi jurnalist deyil, 50 yaşlı keçmiş yüksək rütbəli zabitdir. Safronov ordu ilə çoxlu əlaqə saxladığı üçün həssas hərbi məsələlərdə təcrübəsi və peşəkarlığa malikdir. Onun alıcı ölkələrlə hərbi müqavilələrin arxasında duran məsələləri araşdırdığı görünür. O cümlədən ən müasir təyyarələrin və raket əleyhinə qurğuların satışı. Beynəlxalq duruma diqqət etməklə, təbii ki, bu müqavilələr çox gizli müzakirələrdən və Kremlin birbaşa müdaxiləsindən sonra imzalanır.

KQB-nin varisi sayılan FSB məlumatın sızmasından xəbər tutur. Rusiyanın 1990-cı illərdə təcrübə etdiyi yoluxucu və sirli xəstəliyin yayılması, pəncərədən yıxılmaq, habelə həmin onillikdə Sovet İttifaqında həyata keçirilən fiziki zorakılıqlar, sonrakı onilliklərə köçdü və Təhlükəsizlik Təşkilatı (FSB) onun varisi olmuşdur. Bununla belə, Safronovun dostların ı n bildirdiyinə əsasən , bu maraq və hərbi-sənaye məsələləri ilə bağlı araşdırmalar ına görə ona dəfələrlə xəbərdarlıq edilib və eyni səbəbdən təhdid də olunu b .

İvan Safronovun intiharı

2007-ci ilin mart ayının əvvəlində rus və müstəqil “Kommersant” qəzetinin jurnalisti İvan Safronov bir paket ərzaqla Moskvadakı mənzilinə qayıdır. Bir neçə dəqiqədən sonra binanın dördüncü mərtəbəsindəki mənzillərdən birinin pəncərəsi açılır və bir an sonra bu jurnalistin meyiti səkiyə düşür. Polis əməkdaşları gecikmədən intihar fikrini irəli sürürlər. Lakin Safronovun bütün yaxınları dərhal bu fikri rədd e dir lər və 50 yaşlı jurnalistin şəxsi həyatında intihar etmək üçün heç bir kədərli vəziyyətin olmadığını deyirlər. Üstəlik, intihar etməmişdən əvvəl kimsə özünə ərzaq alırmı? Ağılabatan deyil. Safronovu tanıyanların çoxu onun pəncərədən atıldığına şübhə etmirlər . D eməli o, qətlə yetirilib. Bu arada “Kommersant” qəzeti ertəsi gün heç bir illüziya olmadan yazır: “Çətin ki, rəsmi araşdırma yekunlaşsın.”

Araşdırmaçı jurnalistlərin taleyi

“Kommersant” qəzetinin pessimizminə asanlıqla haqq qazandırmaq olar. Əvvəllər də Anna Politkovskaya kimi tanınmış jurnalistin qətli də daxil olmaqla həmin vəziyyətə oxşar hallar yaşanmışdı. Heç vaxt sirri açılmayan belə ölümlər o qədər adiləşib ki, müəmmalı qətllərin sirlərini açmaq üzrə peşəkar beynəlxalq təşkilatlardan birinin məlumatına görə, Rusiya öldürülən jurnalistlərin sayına görə İraqdan sonrakı yerdə dayanır. Bura öz vəzifəsini yerinə yetirərkən öldürülən jurnalistlərin sayına görə, ən yüksək göstəriciyə malikdir. Hədəf isə həddindən artıq və açıq şəkildə məsələn, Kremlin bəzi sirləri ndən baş açmağa cəhd edən araşdırmaçı kişi və qadın jurnalistlərdir.

Lakin jurnalistika keçmiş Sovet İttifaqında peşəkar qatillərin vurduğu yeganə peşə deyildi. Onlarla bankir, biznesmen və siyasətçi eyni şəkildə öldürülüb. Bu qətllə r siyasi xarakter daşıyırmı? Yoxsa bu qətlləri müvafiq mafiyalar təşkil edir? Bu cinayətlərin “Kommunist Partiyasının xəzinəsi” adlandırdıqları bir şeyin müəmmalı şəkildə yoxa çıxması ilə əlaqəsi varmı? Özü də Sovet İttifaqının dağılmaq ərəfəsində olduğu bir vaxtda?

Safronov nə bilirdi?

Safronovun dostlarının dediyinə görə, o, müqavilələrlə bağlı mühüm detallar öyrənib. Onun əldə etdiyi məlumat o qədər narahatedici və təhlükəli imiş ki, dərc olunacağı surətdə, böyük beynəlxalq mübahisələrə yol aça bilərmiş. İndi sual budur ki, Safronov FSB təhlükəsizlik məmurları tərəfindən pəncərədən atılıb, yoxsa Rusiyanın daxilindəki mafiya bunu hökumətin müdaxiləsi olmadan həyata keçirib? Bunlar həmişə düşündürücü fərziyyələrdir.

Qaynaq:

Patrik Peno, tərcümə: Məhəmmədsəid Əttarha, “Stalin Sovet İttifaqından Putin Rusiyasına qədər Rusiya təhlükəsizlik orqanları” , Nəşre-No, İran çapı 1392.

Professor və beynəlxalq əlaqələr üzrə analitik Əlirza Kərimyan 

B eynə lxalq münasibətlə üzrə təd qiqatçı Seyid Mahmud Kamalaraya (Zəkəriyyə) tədqiqat işləri üzrə verdikləri məsləhətlərə görə təşəkkür edirik.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button