ArxivXəbər lentiXəbərlər

Azərbaycan 13 ildə 1044 hərbi qulluqçu itirib

Onların 679 nəfəri qeyri-döyüş itkiləridir

“2003-2016–cı illərdə Azərbaycan Silahlı Qüvvələri ən azı 1044 hərbi qulluqçusunu itirib. Onun 365 nəfəri nəfəri erməni gülləsindən (o cümlədən mina və sursat partlayışından) dünyalarını dəyişib”.

Məlumatı “Xəzər” Hərbi Tədqiqatlar İnstitutu yayıb. Qurum Azərbaycanda mətbuat üzərində həyata keçirdiyi monitorinqin nəticələrinə görə, ölənlərin 679 nəfəri qeyri-döyüş itkiləridir. Ümumilikdə, 2003-2016–cı illərdə bu və digər səbəblərdən yaralanan və xəsarət alan hərbi qulluqçuların sayı 800 nəfərdən artıqdır.

“Xəzər” Hərbi Tədqiqatlar İnstitutu bildirir ki, itkilərlə bağlı rəqəmlər sosial şəbəkələr, KİV və EİV üzərində aparılan davamlı monitorinq nəticəsində ortaya çıxıb. Təxmin olunan rəqəmlərə görə, 1994-cü ilin may ayından – Azərbaycanla Ermənistan arasında atəşkəs müqaviləsinin imzalanmasından bəri Azərbaycanın müdafiə və təhlükəsizlik sektorunun itkilərinin ümumi sayı 4000 nəfərdən artıqdır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button