ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Rusiya XİN-in Vyana danışıqlarının səkkizinci raundu ilə bağlı bəyanatı

Rusiyanın Xarici İşlər Nazirliyi çərşənbə axşamı yaydığı bəyanatda bildirib ki, İrana qarşı sanksiyaların ləğvi ilə bağlı Vyana danışıqlarının səkkizinci raundunda yekun sənədin hazırlanması prosesini sürətləndirmək və mümkün qədər tez bir zamanda məqbul həllə yoluna nail olmaq üçün birgə səylərin artırılmasının vacibliyi vurğulanıb.

Vyana danışıqlarının səkkizinci raundu elə bir halda keçirilir ki, İran İslam Respublikasının, sanksiyaların aradan qaldırılmasının yoxlanılması və ABŞ-ın qeyri-qanuni hərəkətlərinin təkrarlanmayacağına dair təminatlar ilə bağlı məntiqli və haqlı tələblərinin əsası qarşı tərəflər tərəfindən qəbul edilib və bu məsələ danışıqların irəliləyişinə ümidləri artırıb.

İran İslam Respublikasına qarşı zalımcasına və qanunsuz sanksiyaların götürülməsi mehvərli Vyana müzakirələrinin səkkinci raundu İranın baş müzakirəçi Əli Baqirinin və Avropa İttifaqının Xarici Əlaqələr Xidmətinin baş katibinin müavini Enrike Moranın həmsədrliyi ilə keçirilən nüvə razılaşması üzrə birgə komissiyanın iclası ilə yerli vaxtla bazar ertəsi günü axşam başlayıb və cümə axşamına qədər davam edəcək və üç günlük fasilədən sonra danışıqlar 2022-ci il yanvarın 3-dən davam edəcək.

İran İslam Respublikası xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini dünən gecə Vyanada nüvə anlaşması üzrə birgə komissiyanın iclasından sonra vurğulayıb ki, Vyana müzakirələrinin uğur rəmzi, İrana qarşı zalımcasına sanksiyaların təsirli ləğvi sahəsində razılaşmaya çatmaqdır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button