ArxivIslammədəniyyatSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

İranda “20 Yanvar” şəhidlərinin əziz xatirələri anıldı FOTO

İran İslam Cümhuriyyətinin müqəddəs Qum şəhərində Azərbaycanın “20 Yanvar” şəhidlərinin anım mərasimi keçirilib.

Qafqaz.ir  xəbər verir ki, anım mərasimi müqəddəs Qum şəhərində ali dini təhsil alan tələbələr tərəfindən təşkil olunub. Beynəlxalq Quran qarisi Hacı Anar Məmmədlinin Qurani-Kərim tilavətilə başlayan mərasimdə şəhidlərimiz dərin ehtiramla yad edilib.

Mərasimdə Kərbəlayi Nadir Əliyev “Qanlı Yanvar” hadisələri ilə əlaqədar söhbət edib, 90-cı ilin yanvar ayının 19-dan 20-ə keçən gecə yaşanan faciəyə həsr edilmiş xronoloji film nümayiş olunub.

Tədbirdə yeniyetmələrdən ibarət xor müqəddəs vətən və şəhadət amallarına ithaf edilmiş ilahilər səsləndirib.

 

 

 

 

 

 

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button