ArxivIslammədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

İran: Ölkədə uranın zənginləşdirilməsi imkanları ikiqat artıb

“Parlamentdə qəbul edilmiş “Strateji addım qanunu” ölkədə nüvə sənayesinin inkişafı üçün yaxşı bir qanun idi və lazımi şəkildə icra edildi. Bu qanunun icrası uranın zənginləşdirilməsi işini elə bir müstəviyə çatdırdı indi ölkədə zənginləşdirmə imkanları iki dəfədən çox artmış olub.”
 bunu İranın Atom Enerjisi Təşkilatının sədri Məhəmməd İslami deyib.
O, bu gün ölkə parlamentinin nümayəndələri ilə görüşü zamanı “Strateji addım qanunu”nun təsdiqlənməsindən və adıçəkilən qanunun ölkədə nüvə sənayesinin inkişafına verdiyi töhfədən danışıb.
İslaminin sözlərinə görə bu qanundan sonra ölkədə uranın zənginləşdirilməsi imkanları iki dəfədən çox artıb.
Qeyd edək ki, “Strateji addım qanunu” ABŞ-ın nüvə sazişindən çıxması, rəsmi Tehrana qarşı sərt sanksiyaları başlaması, İranın nüvə təsisatlarında həyata keçirilən təxribatlardan və nüvə alimlərinə hücumdan sonra ölkə parlamentinin qəbul etdiyi qanundur. Bu qanundan sonra İran nüvə obyektlərində uranın zənginləşdirilməsini 60 faizə çatdırıb, obyektlərdə yeni nəsil İR-6 sentrifuqa cihazlarının sayını artırıb, habelə uranın zənginləşdirilməsi işini şaxələndirərək, müxtəlif yerlərdə həyata keçirməyə başlayıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button