ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Rusiya, Türkiyə, Suriya və İran xarici işlər nazirlərinin görüşü hazırlanır – Rusiya XİN

Rusiya, Türkiyə, Suriya və İranın xarici işlər nazirlərinin görüşünün vaxtı və qaydaları artıq işlənib hazırlanır.

bu barədə Rusiya Federasiyası prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi, Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov deyib.

“Hazırda gündəmdə xarici işlər nazirlərinin dördtərəfli formatda görüşünün təşkili var. Onun üsulları və şərtləri üzərində iş aparılır”, deyə o bildirib.

Nazir müavini xatırladıb ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu yaxınlarda Moskvada misirli həmkarı Sameh Şükri ilə birgə mətbuat konfransı zamanı Rusiya tərəfinin İranın Suriya ilə Türkiyə arasında dövlətlərarası münasibətlərin normallaşması işində iştirakını dəstəklədiyini bəyan edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button