ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Rusiya Şuşa Bəyannaməsinə münasibət bildirdi

Rusiya Xarici İşlər Nazirliyi Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsinə münasibət bildirib. 

TASS-ın məlumatına görə, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Rusiya Azərbaycan və ya Ermənistanın üçüncü tərəflərlə ikitərəfli münasibətlərini Dağlıq Qarabağ mövzusu ilə qarışdırmağını düzgün hesab etmir.

“Sonuncu Azərbaycan-Türkiyə yüksək səviyyəli təmaslarına məhz bu əsasda baxırıq”, – deyə XİN rəsmisi qeyd edib.

“Hesab edirik ki, regionda ikitərəfli əlaqələr, o cümlədən hərbi əlaqələr digər dövlətlərə qarşı qurulmamalıdır. Bakı ilə Yerrvan arasında, həmçinin Yerevan-Ankara dialoqunun normallaşmasına istiqamətlənmiş bütün addımları dəstəkləyirik. Cənubi Qafqazda əməkdaşlıq mehriban qonşuluq prinsipi və əlbəttə ki, regionun bütün ölkələrinin maraqları nəzərə alınmaqla inkişaf etməlidir”, – deyə Zaxarova vurğulayıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button