ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Rusiya sülhməramlılarının fəallaşdığı deyilir

Həmin araşdırmanın nəticələrinə görə, son aylar Rusiya hərbçiləri başqa ərazilərə nisbətən hazırda inzibati-hüquqi cəhətdən Tərtər rayonuna aid olan məntəqələrdə daha tez-tez patrul xidmətləri həyata keçirirlər. Rusiya MN-in sözügedən saytındakı xəritələr üzrə müşahidələr göstərir ki, 2022-ci ilin martın 1-dən etibarən rayonun Azərbaycan ordusunun nəzarətində olan strateji Qapanlı kəndi yaxınlığındakı,  Ağdam rayonunun Şotlanlı kəndinə yaxın məntəqədəki “Vostoçnıy”(“Şərq”) adlandırdıqları 20-ci post,  Ağdərə şəhəri və Çiləbört kəndindəki  19-cu müşahidə postları arasında patrul xidməti fasilə verilmədən gündəlik olaraq həyata keçirilir.

İyunun 3-də isə deyilən məntəqələr arasındakı marşrutla yanaşı, Tərtər rayonu ərazisindəki Göyarx, Suqovuşan kəndi yaxınlığındakı 951 metrlik yüksəklik, Lüləsaz(21-ci post) və Çardaqlı kəndləri arasında da patrul xidməti icra edilib.

Məlumatda həm də deyilir ki, son 1 il yarımdan çox müddət ərzində Azərbaycan media və ictimaiyyətinin, həmçinin Müdafiə və Xarici İşlər Nazirliklərinin tələb və iradlarına rəğmən Rusiya MN-in saytında Azərbaycan Respublikası ərazisindəki bir sıra toponim və hidronimlər ermənilərin istədiyi kimi qeyd olunur. Bəhs edilən halda da Tərtər rayonunun Ağdərə şəhəri “Mardakert”, Çardaqlı kəndi “Maqavuz”, Lüləsaz kəndi “Akop Kamari”,  Göyarx kəndi “Levonarx”,  Çiləbört kəndi “Craberd” kimi qeyd olunub.

Xatırladaq ki, 2021-ci ilin sentyabrında Rusiya MN-nin rəsmi saytında sülhməramlılara aid bölmədəki xəritələrdə bir həftə ərzində Tərtər rayonunun Azərbaycan ordusunun nəzarətindəki Qapanlı kəndi də guya Rusiya hərbi kontingentinin nəzarətində olan məntəqə kimi göstərilmiş, 2022-ci il yanvarın əvvəlində isə bir neçə gün ərzində Suqovuşan kəndi “Madagiz” adıyla  sözügedən kontingentin dislokasiya xəritəsinə daxil edilmişdi…

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button