ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Rusiya qanunsuz “Kətibə Tövhid vəl-Cihad” birləşməsinin liderini məhv etdi

Rusiya Federasiyasında qadağan olunmuş “Kətibə Tövhid vəl-Cihad” terror təşkilatının lideri Sirociddin Muxtarov Rusiya Aerokosmik Qüvvələrinin (VKS) endirdiyi zərbə nəticəsində Suriyada öldürülüb.

bu barədə Suriya Ərəb Respublikasında döyüşən tərəflərin barışdırılması üzrə Rusiya Mərkəzinin rəis müavini, general-mayor Oleq Yeqorov bildirib.

“Alınan məlumata görə, sentyabrın 8-də Rusiya Aerokosmik Qüvvələrinin İdlib əyalətindəki yaraqlıların düşərgəsinə endirdiyi zərbə nəticəsində “Kətibə Tövhid vəl-Cihad” qeyri-qanuni silahlı qruplaşmasının lideri hökumət qüvvələrinə qarşı terror aktlarının təşkilində iştirak etmiş Muxtarov Sirociddin Ziyavutdinoviç Suriyada məhv edilib”, – Yeqorov bildirib.

O, əlavə edib ki, “Cəbhət ən-Nusra” terror təşkilatının 20-dən çox yüksək rütbəli üzvü də məhv edilib. Yeqorovun sözlərinə görə, onlar “döyüşçülərin döyüş və təxribat hazırlığına, qrupun maliyyə və inzibati fəaliyyətinin təşkilinə” cavabdeh idilər. 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button