ArxivIslamSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Rusiya Müsəlmanları İdarəsi Qurani-Kərimin yandırılmasını iblis əməli adlandırıb

Stokholmda “Qurani-Kərim”in yandırılması iblis əməlidir. İsveç hakimiyyəti bu islamofob akta qətiyyətlə etiraz etməli, bu əməli törədənlər məsuliyyətə cəlb olunmalıdır.
Qafqaz.ir xəbər verir ki, bu sözləri TASS agentliyinə Rusiya Müsəlmanları İdarəsinin sədr müavini, müfti Ruşan Abbyasov söyləyib.
Xatırladaq ki, dünən İsveçin “Sərt kurs” Partiyasının lideri Rasmus Paludan Türkiyənin bu ölkədəki səfirliyinin qarşısında “Qurani-Kərim” kitabını yandırıb, Məhəmməd peyğəmbərin karikaturalarını nümayiş etdirib.
R.Abbyasov bildirib ki, İsveçdə baş verən hadisə Rusiya müsəlmanlarını hiddətləndirib. İsveç radikallarının bu hərəkətlə mənəviyyatsızlıqlarını nümayiş etdirdiklərini vurğulayan müfti deyib ki, onlar öz mövqelərini sivil şəkildə ifadə edə bilmir, dünya müsəlmanlarının hisslərini təhqir edirlər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button