ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Rusiya MN:  Xarkovda ABŞ və Avropadan gələn hərbi texnika məhv edilib

 Rusiya Federasiyasının əməliyyat-taktiki və ordu aviasiyası ötən gecə Ukraynanın 18 hərbi obyektini, o cümlədən komanda məntəqələrini, şəxsi heyətin və hərbi texnikanın cəmləşdiyi əraziləri, eləcə də sursat anbarlarını vurub.

 bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov məlumat verib.

“Gecə saatlarında operativ-taktiki və ordu aviasiyası Ukraynanın 18 hərbi obyektini vurub. Onların arasında Xarkov vilayətində iki komanda məntəqəsi, şəxsi heyətin və hərbi texnikanın cəmləşdiyi beş ərazi, Odessa vilayətinin Daçnoye qəsəbəsi ərazisində üç sursat və yanacaq anbarı var”, – deyə Konaşenkov bildirib.

Bundan başqa, Xarkov vilayətinin Boqoduxov dəmir yolu stansiyasının yaxınlığında ABŞ və Avropa ölkələrindən alınan külli miqdarda hərbi texnika məhv edilib. Konaşenkovun sözlərinə görə, zərbələr nəticəsində 280-ə qədər millətçi öldürülüb, 48 ədəd silah və hərbi texnika sıradan çıxarılıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button