ArxivXəbər lentiXəbərlər

Vaizi: İran Azərbaycan ilə əlaqələrin genişləndirilməsində qətiyyətlidir

İran İslam Respublikası Prezident Aparatının sədri Tehran-Bakı əlaqələrinin genişləndirilməsinə təkid edib və deyib: İran bütün mövcud potensiallardan istifadə edərək, Azərbaycan ilə əlaqələrin genişləndirilməsində qətiyyətlidir.

İRNA-nın məlumatına görə, İran Prezident Aparatının sədri Mahmud Vaizi çərşənbə axşamı Azərbaycanın iqtisadiyyat naziri və İran-Azərbaycan birgə komissiyasının azərbaycanlı həmsədri Şahin Mustafayev ilə telefon danışığında iki ölkə əlaqələrinin ötən 4 ildə yaxşı inkişafa malik olduğunu xatırladıb və deyib: Ötən 4 ildə əlaqələrin möhhkəmləndirilməsi istiqamətində atılan addımları və əldə edilən nailiyyətləri qorumaq lazımdır.

Vaizi həmçinin, İran və Azərbaycan arasında razılaşdırılmış birgə layihələrin icrasının sürətləndirilməsini istəyib.

Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev də bu telefon söhbətində deyib: Bakı iki ölkə arasında imzalanmış müqavilələrin sürətlə icra edilməsi və ikitərəfli əlaqələrin möhkəmləndirilməsi məqsədi ilə yeni anlaşmaların əldə edilməsində qətiyyətlidir.

Statistik məlumatlara görə, 2016-cı ildə İran və Azərbaycan arasındakı ticrət dövriyəsinin həcmi 210 milyon dollar olub.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button