ArxivXəbər lentiXəbərlər

Hacı Tale MTN-ə çağrılması barədə danışdı

Bildirildiyi kimi bu gün MBH-nın sədri hacı Tale Bağırov Milli Təhlükəsizlik Nazirliyinə çağırılmışdı. İlahiyyatçıya 15.00-da nazirliyin binasında olması bildirilmişdi.

17.30 radələrində nazirliyin binasından çıxan MBH-nın sədri ilahiyyatçı Tale Bağırov İslamazeri.az-a MTN-ə çağırılma səbəbləri barədə məlumat verib: “Çağırılma səbəbi həbsdən sonrakı fəaliyyətimiz, xüsusilə etdiyimiz çıxışlar olub. Biz bildirdik ki, ölkədəki təhsil ocaqlarında hicab qadağası və şəxsiyyət vəsiqəsindəki hicab problemi həll olmayana qədər bizim münasibətimiz elə bu cür qalacaq. MTN əməkdaşları mənə dedilər ki, ölkədə xarici qüvvələrin ara qarışdırmaq cəhdləri olub, lakin artıq həmin dövr deyil.” Qeyd edək ki, ilahiyyatçı əməkdaşımıza MTN-də normal dialoq aparıldığını və heç bir təhdidin olmadığını bildirdi.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button