ArxivXəbərlər

Nüvə si­lahı və əda­lət­siz­lik

Bu ba­ya­tı­la­rın Li­vi­yada, İraq­da və baş­qa mü­səl­man öl­kə­lə­rin­də necə oxun­ma­sını dün­ya ic­timaiy­yəti yax­şı bilir!

Bu gün ABŞ baş­da ol­maq­la, de­mək olar ki, bü­tün dün­ya döv­lət­ləri İrana qar­şı sank­si­ya­lar tət­biq edir, bu öl­kəni təc­rid et­məyə ça­lı­şır, müx­tə­lif təz­yiq­lərə mə­ruz qo­yur­lar. Bə­hanə də odur ki, İran nüvə si­la­hına ma­lik ol­maq is­tə­yir.
Çox ma­raq­lı­dır! Gö­rə­sən, nüvə si­la­hına ma­lik ol­maq is­tə­yən tək­cə İran­mı­dır? Mə­gər dün­yada heç bir ölkə nüvə si­la­hına ma­lik de­yil ki, İran onu əldə et­məyə ça­lı­şan kimi ona təz­yiq edir­lər?
Bu dün­yada əda­lət de­yi­lən bir şey varsa, mə­gər bu əda­lət yal­nız Şər­qə aid ol­ma­lı­dır­mı?
Qərb döv­lət­ləri, Av­ropa və xris­tian dün­yası mə­gər is­tis­na təş­kil edir?

Nə üçün Bö­yük Bri­ta­ni­yada, ABŞ-da və İsraildə nüvə si­lahı ol­ma­lı­dır, an­caq İran­da yox?
Bəl­kə bu döv­lət­lər dün­yanı idarə et­mək üçün ya­ra­nıb­lar? Bəl­kə bu öl­kə­lə­rin xalq­ları ən ali irqə məx­sus­dur? Bəl­kə bu döv­lət­lər və on­la­rın xalq­ları ha­mı­dan və hər şey­dən üs­tün­dür­lər?
Əgər bu nüvə «zəh­ri­mar» pis şey­dir­sə, onda nə üçün apa­rıcı öl­kə­lər o «zəh­ri­mar»ı özün­də sax­la­yır və bu pis şe­yin üs­tün­də niyə bir-bir­lə­rini qı­rır­lar? On­lar nə üçün bu pis şeyi məhv et­mir­lər?
Yox, əgər yax­şı şey­dir­sə, nə üçün baş­qa öl­kə­lərə bunu rəva gör­mür­lər? Niyə is­tə­mir­lər ki, hə­min yax­şı şey baş­qa­la­rın­da da olsun? Nə­dən­dir bu qıs­qanc­lıq?
Nüvə si­lahı an­caq bu öl­kə­lər­də var, ki­fa­yət­dir. Baş­qa öl­kədə olsa, fə­la­kət baş verə bi­lər (!) Bu öl­kə­lər­dən gə­lən fə­la­kət isə xoş­mə­ram­lı iş kimi qə­bul olun­ma­lı­dır. Çox gö­zəl pa­ra­doks! Bu, bi­rin­ci əda­lət­si­zilk!
İkin­ci əda­lət­siz­lik on­dan iba­rət­dir ki, ABŞ di­gər 4 döv­lət kimi heç bir öl­kəyə nüvə si­lahı əldə et­mək üçün kö­mək gös­tər­mə­məli ol­duğu halda, İrana kö­mək gös­tər­miş­dir və İra­nın nüvə si­lahı əldə et­mə­sinə şərait ya­rat­mış­dır (bu haq­da bir qə­dər sonra).
Üçün­cü əda­lət­siz­lik isə odur ki, nə qə­dər İran­la ABŞ ara­sın­da mü­na­si­bət­lər nor­mal idi, nüvə si­lahı haq­qın­da söh­bət də get­mir­di. Əla­qə­lər kə­si­lən­dən son­ra ABŞ İra­nın nüvə si­la­hına ma­lik ol­maq is­tə­mə­sini gün­dəmə gə­tir­di, sank­si­ya­lar tət­biq etdi, hə­də­lədi və böl­gədə mü­ha­ribə şərai­ti ya­rat­dı.
De­məli, ABŞ-ın öz ma­raq­ları, öz si­ya­səti, öz mə­na­feyi və öz xət­ti hər şey­dən – BMT-dən, mü­qa­vilə bağ­la­dığı öl­kə­lər­dən, haq­dan, əda­lət­dən, hət­ta in­san­lıq­dan da üs­tün­dür.
Heç də təəc­cüb­lü de­yil ki, baş­qa öl­kə­lər­dən üs­tün ol­maq ABŞ-ın baş­lıca prio­ri­tet­lə­rin­dən bi­ri­dir. Buna görə də dün­yada öz he­ge­mon si­ya­sə­tini yü­rüt­mək­də da­vam edir, is­tə­ni­lən öl­kəyə hü­cum edir, is­tə­ni­lən döv­lə­tin re­ji­mini də­yiş­dir­məyə nail olur, is­tə­ni­lən döv­lət baş­çı­sını dik­ta­tor adı al­tın­da hü­cuma mə­ruz qoyur, is­tə­ni­lən öl­kədə in­qi­labi çev­ri­liş ha­zır­la­yır.
Yu­xa­rıda qeyd olu­nan əda­lət­siz­lik­lər­dən biri də məhz İrana mü­na­si­bət­də baş ver­miş­dir. Ən pa­ra­dok­sal hə­qi­qət də bu­dur ki, bu gün əsa­sən ABŞ tə­rə­fin­dən təh­did­lər­lə üz­lə­şən İran elə hə­min ABŞ-ın özü tə­rə­fin­dən vax­tilə dəs­tək­lə­nir­di.
Bu, hə­min ABŞ idi ki, İra­nın nüvə si­la­hına sa­hib ol­ma­sını is­tə­yir və bu məq­sədə çat­maq üçün hər­bi yar­dım gös­tə­rir­di.
Nə üçün?
Çün­ki İran dün­ya­nın ən bö­yük döv­ləti olan SSRİ-nin sər­həd­din­də yer­lə­şir­di və ABŞ-la si­yasi düş­mən olan bu nə­həng döv­ləti «vur­maq» üçün İran­dan is­ti­fadə et­mək niy­yə­tin­də idi. Buna görə də İra­nın nüvə proq­ramı məhz Va­şinq­ton­da ha­zır­lan­mış­dı.
SSRİ da­ğı­lan­dan, İran­da re­jim də­yi­şən­dən və bu re­jim ABŞ-ı rədd edən­dən son­ra ABŞ öz «ikili stan­dart»ını işə sal­dı və «əda­ləti ax­tar­mağa» baş­ladı. Bu «əda­ləti» İra­nın nüvə si­la­hına sa­hib ol­maq is­tə­yinə qar­şı mü­ba­ri­zədə «tapdı» və dər­hal əməli işə keçdi:
«İra­nın nüvə si­la­hına sa­hib ol­ması BMT prin­sip­lə­rinə zid­dir, dün­yada təh­lükə ya­ra­dır, baş­qa xalq­la­rın təh­lü­kə­siz ya­şa­ma­sına mane olur, İran təh­lü­kəli öl­kə­dir və s.» sər­səm bə­ya­nat­lar­la dün­yanı çaş­dır­maq is­tədi.
Amma «oxu­nan ba­ya­tı­lar» ar­tıq ham­yıa bəl­li­dir və bu ba­ya­tı­la­rın Li­vi­yada, İraq­da və baş­qa mü­səl­man öl­kə­lə­rin­də necə oxun­ma­sını dün­ya ic­timaiy­yəti yax­şı bilir!..
Əgər ABŞ de­mok­ra­tik və sülh­se­vər ölkə idisə, nə üçün 12 il ər­zin­də İrana nüvə ener­jisi ix­rac edir­di? Əgər hə­qi­qə­tən dün­yada sül­hü və sa­bit­liyi qo­ru­maq və­zi­fə­sini ye­rinə ye­ti­rir­disə, niyə İran­da nüvə reak­tor­la­rını işə sal­mağa cəhd gös­tə­rir­di?
Bu sua­la hələ o za­man­kı ABŞ rəh­bər­liyi belə ca­vab ve­rir­di: «Biz dün­yada ba­lans­laş­dı­rıl­mış si­ya­sət yü­rü­dü­rük və öl­kə­lər ara­sın­da hərbi-si­yasi ta­raz­lı­ğın qo­run­ma­sına ça­lı­şı­rıq».
O za­man daha bir sual mey­dana çıxır: «Yaxşı, əgər ABŞ hə­qi­qə­tən dün­yada hərbi-si­yasi ta­raz­lı­ğın qo­run­ma­sına səy gös­tə­rir­disə, onda nə üçün XX əs­rin 90-cı il­lə­rin­də İran ye­ni­dən nüvə proq­ra­mını da­vam et­di­rən­də ona qar­şı çıx­dı və dər­hal sank­si­ya­lar tət­biq et­məyə baş­ladı? Onda o ba­lans­laş­dı­rıl­mış si­ya­sət hara getdi?»
Bu sua­lın ca­vabı isə bir­mə­nalı ola­raq be­lə­dir: «Çün­ki 60-70 il­lər­də İran ABŞ-ın dos­tu idi, 80-90-cı il­lər­də isə Ru­si­ya­nın dos­tu oldu. Ağ Evin fik­rin­cə, ABŞ-ın dos­tu nüvə si­la­hına ma­lik ola bilər, amma Ru­si­ya­nın dos­tu bu si­laha ma­lik ola bil­məz». Əsl pa­ra­doks, elə de­yil­mi?
ABŞ-ın iç üzü elə bu­ra­daca gö­rün­dü və ay­dın oldu ki, ABŞ üçün ki­min nüvə si­la­hına ma­lik olub-ol­ma­ma­sı­nın fər­qi yox­dur. Bu­nun üçün tək­cə bir və əsas şərt ol­ma­lı­dır:
«Nüvə si­lahı ABŞ-ın kö­məyi ilə əldə olun­malı, hə­min ölkə hə­mişə ABŞ-dan asılı ol­malı, onun diq­təsi lə otu­rub dur­malı və ABŞ-ın for­pos­tuna çev­ril­mə­li­dir!»
Yal­nız belə olan təq­dir­də İran kimi öl­kə­lər nüvə si­la­hına sa­hib çıxa bilər. Bax, ABŞ-ın «de­mok­ra­tiya»sı və «hu­ma­nizm»i budur!
Buna görə də 2002-ci il­dən eti­ba­rən ABŞ iranı hə­də­lə­məyə baş­ladı və bu öl­kəni «qara si­yahı»ya saldı.
ABŞ açıq-açı­ğına bə­yan edə bil­məz­di ki, İran Ru­siya ilə hər­bi əmək­daş­lıq et­di­yinə və ABŞ-ın əlin­dən çıx­dı­ğına görə onu hə­dəfə gö­tü­rür. Təbii ki, bu­rada baş­qa amil­lə­rin möv­cud ol­du­ğunu da is­tis­na et­mək olmaz. Amma mə­lum olanı bu­dur ki, ABŞ İranı «vur­maq» üçün bə­hanə ax­ta­rır­dı.
2003-cü ildə ABŞ belə bir bə­hanə tapdı: Guya «İran ter­ror­çu­lara dəs­tək verir, Əl-Qai­də üzv­lə­rinə hər­bi kö­mək gös­tə­rir və dün­yanı təh­lükə qar­şı­sın­da qoyur, çün­ki nüvə si­lahı əldə et­məyə ça­lı­şır».
Bu bə­hanə ilə əv­vəl­cə iq­ti­sadi sank­si­ya­lar tət­biq etdi və Av­ropa öl­kə­ləri ilə da­nı­şıq­lara baş­ladı ki, hər­bi mü­da­xilə et­məyə ra­zı­lıq ver­sin­lər./avrasiya.info/

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button