ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Rusiya ilə İran “Müdafiə ittifaqı” yaradır…

Yaxın gələcəkdə Rusiya və İran arasında yenilənmiş strateji tərəfdaşlıq sazişi imzalanacaq və bu sazişdə müdafiə məsələlərinə mühüm diqqət yetiriləcək.

Bu haqda Rusiyanın xarici işlər naziri Serqey Lavrov Belarusun paytaxtı Minskdə Avrasiya Təhlükəsizliyi üzrə Beynəlxalq Konfransda çıxışı zamanı bildirib.

Rusiyanın XİN rəhbəri sözügedən sazişin iki ölkə arasında əməkdaşlığı daha da dərinləşdirəcəyini deyib: “Rusiya və İran arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında gələcək saziş Rusiya-İran münasibətlərinin möhkəmlənməsi üçün ciddi amil olacaq. Saziş yaxın gələcəkdə imzalanması üçün hazırlanır. Sazişdə tərəflərin regional və qlobal səviyyədə sülh və təhlükəsizlik maraqlarından irəli gələrək müdafiə sahəsində daha sıx əməkdaşlıq və qarşılıqlı fəaliyyət istəyi təsdiqlənəcək”.

Belə görsənir ki, Rusiya-İran hərtərəfli strateji tərəfdaşlıq sazişi müdafiə sahəsində bir saziş rolunu oynayacaq. Çünki Lavrov bildirdi ki, bunu daha çox müdafiə sahəsindəki əməkdaşlığa yönəldiləcəyik. Belə çıxır ki, bu, əslində qarşılıqlı müdafiə sazişi rolunu oynayacaq.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button