ArxivIslamQarabağSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Rusiya Ermənistanla bağlı çətinliklər yaşayır, Laçından silah daşınması araşdırılır

Rusiya xarici işlər naziri KTMT missiyası ilə bağlı Ermənistanla problemlərin yaşandığını deyib, o həmçinin Laçın dəhlizindən Qarabağa hərbi yüklərin daşınmasına dair məlumatların araşdırılmaqda olduğunu bildirib.
Sergey Lavrov Rusiya diplomatiyasının 2022-ci ildəki fəaliyyətinin yekunlarına dair mətbuat konfransında deyib:
“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) missiyası tam hazırdır, lakin Ermənistan tərəfi orada uzunmüddətli əsasda missiyanın yerləşdirilməsinə dair Avropa İttifaqı ilə danışıqlara üstünlük verir. Azərbaycanın razılığı olmadan bu missiyanın yerləşdirilməsi səmərəli olmayacaq”.
O bildirib ki, Rusiyanın Ermənistanla mürəkkəb münasibətləri var: “Bizim Ermənistandakı mövcud vəziyyətlə bağlı çətinliklərimiz var. Erməni dostlarımız Azərbaycanla sərhəddə sabitliyin təmin edilməsi üçün KTMT missiyasının göndərilməsinin zəruriliyini irəli sürürdü və biz İrəvanda keçirilən sammitdə bu missiyanın parametrləri ilə bağlı sənəd razılaşdırdıq, lakin onu qəbul etmək mümkün olmadı. Çünki erməni həmkarlarımız bu sənəddə Azərbaycanın sərt şəkildə qınanılmasına israr etməyə başladılar”.
S.Lavrov vurğulayıb ki, rəsmi Moskvanın hələ də Ermənistan-Azərbaycan sərhədinin Ermənistan hissəsinə KTMT missiyasını göndərmək istəyi var.
Rusiya XİN rəhbəri bu mətbuat konfransında Laçın yolundakı vəziyyətə də münasibət bildirib:
“Rəsmi Moskvaya Ermənistan tərəfinin Laçın yolu ilə mina daşımasına dair məlumatlar verilib və bu məlumatlar hazırda araşdırılır”.
Rusiya XİN rəhbəri vurğulayıb ki, üçtərəfli bəyanatlara əsasən, Laçın yolu hər iki istiqamətdə nəqliyyat vasitələrinin keçidi üçün sərbəst olmalıdır: “Təbii ki, orada ayrıca qeyd olunub ki, bu marşrutla heç bir hərbi yük göndərilməməlidir. Azərbaycanlılar məlumat veriblər ki, Ermənistan tərəfi bu yol vasitəsilə minalar daşıyıb və daha sonra onlardan üçtərəfli bəyanatlara zidd olaraq Azərbaycan mövqelərinə yaxın ərazilərin minalanması üçün istifadə edilib. Hazırda hərbçilərimiz bu məlumatları araşdırır”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button