ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Rusiya dövlət Dumasının sədri Tehranda İran prezidenti ilə görüşüb

Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının sədri Vyaçeslav Volodin Tehrana səfəri çərçivəsində İran prezidenti İbrahim Rəisi ilə görüşüb.
 Vyaçeslav Volodin və İbrahim Rəisi bu görüşdə qarşılıqlı əlaqələri, xüsusilə də iqtisadi əməkdaşlıq, nəqliyyat və tranzit məsələlərini müzakirə ediblər.
İranın Rusiya ilə razılaşmaların tam yerinə yetirilməsini diqqətdə saxladığını bildirən İbrahim Rəisi deyib: Hər iki tərəfin imkanları bir-birini tamamlaya bilər və onlardan istifadə iki ölkənin maraqlarını təmin etməklə yanaşı, regiona da faydalar verəcək.
İbrahim Rəisi sözlərini belə davam etdirib:
“Tehranla Moskvanın iqtisadi əlaqələri davamlı şəkildə möhkəmlənir və inkişaf edir. İki ölkə müxtəlif ticari sahələrdə, enerji, tranzit, nəqliyyat və daşınmada müxtəlif imkanlara malikdirlər ki, bu sahələrdə daha aktivlik yarada bilərlər.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button