ArxivIslamSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Rusiya Cənubi Qafqazda gedən proseslərdən razıdır; SƏBƏB NƏDİR?

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin Moskva görüşü ilə bağlı yaydığı bəyanatda bildirilir ki, iki ölkənin xüsusi nümayəndələri konstruktiv, siyasiləşdirilməmiş şəkildə dialoq aparmağa hazır olduqlarını nümayiş etdiriblər.

Bundan başqa, Rusiya XİN başçısının müavini Andrey Rudenkonun Ermənistanın və Türkiyənin xüsusi nümayəndələri Ruben Rubinyan və Sərdar Kılıçla ayrı-ayrılıqda görüşlər keçirdiyi də bəyanatda vurğulanıb.

Qeyd olunur ki, tərəflər konstruktiv, siyasiləşməmiş şəkildə dialoq aparmağa, açıq və “kiçik addım”larla asandan çətinə doğru, praktik nəticəyə hesablanmış addımlar atmağa hazır olduqlarını bəyan ediblər. Regionda sabitlik və iqtisadi tərəqqi maraqları, iki ölkə xalqlarının rifahı naminə işləyəcək təmas nöqtəsi axtarışlarını davam etdirmək barədə razılığa gəlinib.

Ankara və İrəvan ötən ilin dekabrında əlaqələrin normallaşması prosesini başladıblar. Bunun üçün hər iki ölkədən xüsusi nümayəndələr – Serdar Kılıç və Ruben Rubenyan təyin olunub.

Ermənistan ilə Türkiyə arasındakı münasibətlər 1993-cü ildən bəri bəzi ön şərtlərlə bağlı yox səviyyəsindədir. Lakin Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın jurnalistlərə açıqlamasında bildirib ki, artıq Ermənistan ilə əlaqələrin normallaşmaması üçün səbəb yoxdur.

Təhlillərə görə, Qarabağ uğrunda 44 günlük müharibədən sonra Türkiyə Ermənistanın cənub bölgəsi vasitəsilə Azərbaycanla birbaşa quru əlaqələri qurmaqda, Ermənistan isə Qara Dənizə çıxış əldə etməkdə maraqlıdırlar. Lakin kommunikasiyaların açılmasını və regionda normallaşma prosesini Kreml öz nəzarətində saxlamağa çalışır. Bu istiqamətdə Azərbaycanla Ermənistan arasında ixtilafların həllində əsas rolu öz üzərinə götürən Rusiya indi də Ermənistanın Türkiyə ilə əlaqələri normallaşdırması prosesinə ev sahibliyi edir və bununla öz maraqlarını təmin etmiş olur.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button