Birləşmiş Ştatlar Yerevanı tam şəkildə özünə tabe etdirmək istəyir.
Qafqaz.ir TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidməti bəyanatla çıxış edib.
Qeyd edilib ki, etibarlı mənbələrə əsasən, ABŞ Ermənistanı özünə tam şəkildə tabe etmək üçün öz “demokratikləşdirmə” planlarından əl çəkmir.
“Lakin digər ölkələrdəki bu cür praktika (“demokratikləşdirmə”) göstərdi ki, bu, yalnız dağıntılara səbəb olur. Buna Yaxın Şərqdən, Latın Amerikasından, Afrikadan çoxlu nümunələr göstərmək olar. Ən bariz nümunə isə Ukraynanın cari vəziyyətidir”, – deyə bildirilib.