Rus akademik: Baş örtüsü koronavirusdan qoruyur… Audio
Rusiya Təbiyyat Elmləri Akademiyasının akademiki, rusiyalı virusoloq, Rusiya Federasiyasının əməkdar xadimi Anatoliy Altşteyn həmvətənlərini COVID-19 epidemiyası şəraitində baş örtüsü olmadan çölə çıxmamağa səsləyib.
“Üz və əllərini yuyaraq, bu gün bir çoxları unudurlar ki, saçlar infeksiyaya yoluxmanın yollarından biridir”, – Rusiyanın 5-ci telekanalına müsahibəsində Altşteyn deyib.
Bununla bağlı o, virus hissəciklərinin düşməsindən qaçmaq üçün, rusiyalılara saçlarını örtməyi məsləhət görüb.
O qeyd edib ki, infeksiya 72 saatadək saçda qala bilər. “Saçda qala bilər. (Amma saçınızı örtmüsünüzsə,) evə gəldikdə baş örtüsünü çıxara bilərsiniz”, – A.Altşteyn deyib.
Nəticə etibarı ilə də, hicab taxan xanımlar, istər-istəməz özlərini bu xəstəlikdən qorumuş olurlar.