ArxivmədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

İnanclı şəxsin Bakı İstintaq Təcridxanasında işgəncəyə məruz qaldığı bildirilir

O qədər döyüblər, indi də bədənində işgəncə izləri qalır

Müsəlman Birliyi Hərəkatının həbsdə olan üzvlərindən Ceyhun Balaşovun işgəncəyə məruz qaldığı bildirilir. Bu barədə Meydan TV-yə onun yaxınları məlumat verib.
Beyləqan sakini Ceyhun Balaşov fevralın 2-dən həbsdədir. Ailə üzvlərinin bildirdiyinə görə, o, Kürdəxanı qəsəbəsində yerləşən Bakı İstintaq Təcridxanasında işgəncəyə məruz qalıb:
11 gün idi ondan heç bir məlumat ala bilmirdik, çox narahat idik. Ona görə də israrla təcridxana rəhbərliyindən tələb edirdik ki, onunla görüşək, sağ olduğuna əmin olaq. Çünki ciddi şübhələrimiz vardı…”.
Ceyhun Balaşov
Yaxınları deyir ki, təkidlərdən sonra Ceyhun Balaşovun oğlu ilə görüşməsinə icazə veriblər. Həmin görüşdə dini inanclı fəal oğlu Arif Balaşova işgəncəyə məruz qaldığını deyib:
Ayaq üstə çətinliklə dayanıb. Onu günlərlə ac saxlayıblar. Nə qədər arıqlayıb. O qədər döyüblər, indi də bədənində işgəncə izləri qalır. Qolunun ağrısından dayana bilmir. Düşünür ki, qolunu sındırıblar. İnsan olan kəs insana qarşı elə davranmaz. İnanclı adamı narkotiklə şərləməkləri bir yana, bunu da eləyirlər. Nə deyək belələrinə?!”
Ceyhun Balaşovun ailəsinin işgəncə haqda şikayətinə Penitensiar Xidmətdən münasibət öyrətmək mümkün olmayıb.
Ceyhun Balaşov narkotik maddə əldə etmə, saxlama kimi əməldə ittiham olunur. Lakin onun özü də, yaxınları da bu ittihamı rədd edir.
Yaxınlarının bildirdiyinə görə, oğlu ilə birlikdə işə gedən Ceyhun Balaşovu az sonra mülki geyimli şəxslər gəlib işdən aparıblar.
Hazırda Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadə də daxil olmaqla, təşkilatın 50-yə qədər üzvü hazırda həbsdədir. Onların əksəriyyətinə qarşı narkotik ittihamı irəli sürülüb. Lakin heç biri ittihamları qəbul etmir, siyasi motivlərlə həbs olunduqlarını deyirlər.
Daxili İşlər Nazirliyi isə bu iddiaları rədd edir, həmin şəxslərin konkret cinayətlərə görə həbs olunduqlarını bəyan edir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button