ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

ruhani Sərdar Hacıhəsənlinin növbəti məhkəmə iclası keçirilib

baxış iclasında hacı Sərdar özü də iştirak edib.

Vəkil Cavad Cavadov bildirilib ki, Sərdar Babayevin məhkəməsində baxış iclası təyin olunmuşdu. “Hazırlıq iclasında məhkəmə açıq keçirilməsini qərara almışdı, lakin baxış iclasında dövlət ittihamçısı məhkəmə prosesinin qapalı keçirilməsini xahiş etdi. Biz buna müdafiə tərəfi olaraq etirazımızı bildirdik və məhkəmə baxışının açıq keçirilməsini bu prosesində ictimai maraq doğurması baxımından daha zəruri olmasını bildirdik. Sərdar Babayev özü də məhkəmə prosesinin açıq keçirilməsini xahiş etdi.”

C.Cavadov bildirib ki, məhkəmə müşavirə edərək prosesin qapalı keçirilməsi barədə qərar qəbul edib.

“Bundan sonrakı proseslərlə bağlı artıq müdafiəçi olaraq məlumat verə bilməyəcəm” deyə Cavad Cavadov əlavə edib.

Qeyd edək ki, növbəti məhkəmə prosesi aprelin 6-i, saat 15:00-a təyin olunub.

qafqaz.ir/az

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Check Also
Close
Back to top button